adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
23 Mart 2020 18:19
9716
GÜNDƏM

UNEC kollektivi də təşəbbüsə qoşuldu

UNEC-in rektoru, professor Ədalət Muradov bir aylıq maaşını Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürüb.

Universitetdən Adalet.az-a verilən məlumata görə, UNEC kollektivinin üzvləri də rektorun təşəbbüsünə qoşularaq, Prezident İlham Əliyevin müvafiq fərmanı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna könüllü olaraq aylıq maaşlarının bir hissəsi həcmində maliyyə dəstəyi göstəriblər.