adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
23 Oktyabr 2017 13:24
16288
SİYASƏT

UNAL ÇEVİKÖZ LOM UDUB

TürkiyəninAzərbaycandakı gəlib-gedən və gələn bütünsəfirləri həmişə ikiqat diqqət görüb. Biri protokol gərəyi bütün başqa ölkələrinsəfirlərinə olan diqqət, ikincisi isə xalqınsevgisi və diqqəti. Məsələn, o gün hazırda qardaş ölkənin Moldovoda səfiri olanHulusi Kılıc Bakıya gəlmişdi. Camaat yazığı o qədər sevinclə bağrına basdı ki, sıxıb suyunu çıxartdılar. Yəni belə bir hörmət qazanmışdı.

AzərbaycandaUnal Çeviköz adlı bir səfir də olmuşdu. İndimətbuata açıqlamalar verir ki, Türkiyə Ermənistanla siyasi və iqtisadi münasibətləri qurmalıdı. Nədənsəbu diplomat unudur ki, Ermənistanın ən böyük davası Türkiyə ilədi və Ankaraya qədərbütün ərazilərə iddialıdır, xəritələrində dəbu əraziləri Ermənistana daxil ediblər.Nə isə…

UnalÇeviköz yeganə Türkiyə səfiridi ki, o qədərdə sevilmədi. Bəzən özünü səfir kimi yox, Polyaniçko kimi aparırdı.

Ağdamdabelə özündən razı, hamıya yuxarıdan aşağıya baxan, salamı şeyinin, yəni əlinin ucu ilə verən adamlar haqqında deyirdilər ki, elə bil lom udub.

UnalÇeviköz də lom udub, ondan inciməyə dəyməz.