adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
04 Iyun 2019 17:22
15841
MƏMLƏKƏT

Ümummilli liderimiz Heydər Əliyevin hakimiyyətə gəlməsinin 50 illik yubileyi qeyd edilib

AMEA N.Gəncəvi adına Milli AzərbaycanƏdəbiyyatı Muzeyinin Aran Regional filialında 4 iyun 2019-cu il tarixdə müasir Azərbaycanınqurucusu ümummilli liderimiz Heydər Əliyevin hakimiyyətə gəlməsinin 50 illiyimünasibətilə tədbir keçirilib.

Tədbiri giriş sözüilə AMEA N.Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi Aran Regionalfilialının müdiri, filologiya üzrə fəlsəfə doktoru Yaqut Bahadurqızı açaraq, Azərbaycanxalqının milli sərvəti olan Ümummillilider,dahi şəxsiyyət Heydər Əliyevin keçdiyi həyat yolundan, ölkəyə rəhbərliketdiyi dövrdə xalq üçün gördüyü titanik işlərdən danışaraq, məhz onun gəlişi ilə cəmiyyət həyatının bütün sahələrindəsürətli yüksəliş, milli ruhun inkişafı və mənəviyyatın tərəqqisi dövrü yaşanmasındanbəhs etmişdir.

Tədbirdə çıxış edənyazıçı-publisist Əlisəfa Azayev son onilliklər ərzində ölkəmizin qət etdiyi çətin,lakin şərəfli yolun yalnız Heydər Əliyev şəxsiyyətinin qüdrəti sayəsində tarixihəqiqətə çevrilməsindən danışmışdır.


Sor-sor kənd tam ortaməktəbinin direktoru Zeynal Səfərov Heydər Əliyev tərəfindən əsası qoyulan islahatlar, yeni neftistrategiyası, balanslaşdırılmış xarici siyasət konsepsiyası, ölkənin iqtisadizəngin milli-mənəvi dəyərlərin qorunub saxlanması və daha da gücləndirilməsixəttinin davam etdirilməsindən bəhs etmişdir.

Muzeyin əməkdaşı, publisist Tofiq Abdullayev və YAP Kürdəmir rayontəşkilatının baş məsləhətçisi Məhəmməd Heydərli çıxışlarında ümummilli liderinsiyasətinin onun layiqli varisi prezident İlham Əliyev tərəfindən ləyaqətlə,müvəffəqiyyətlə inkişaf və davam etdirilməsindənbəhs edərək, hələ çox-çox illər bundan sonra da Heydər Əliyevin misilsizxidmətləri nəticəsində yaradılmış yeni hüquqi sistemin bəhrəsini görəcəyimiziəminliklə qeyd etdilər.


Tədbirdə ulu öndər Heydər Əliyevin həyat vəfəaliyyətindən məqamları əsk etdirən video və foto çarxlar, ona həsr olunmuşmahnılar nümayiş etdirildi. Ümummilli liderinşəninə yazılmış şeiriləri həvəslə səsləndirən şagirdlərdən şəhər 1saylıtam orta məktəbin şagirdi Təranə Heydərova, 3 saylı tam orta məktəbin şagirdləriToğrul Məmmədəliyev, Həcər Rəhimova, Zəhra Abdullayeva, Atakişili kənd tam ortaməktəbin şagirdləri Sona Əliyeva, Böyükxanım İbrahimova, NatavanKərimovanın ifaları alqışlarlaqarşılandı.