adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
30 Aprel 2019 18:11
15445
ƏDƏBİYYAT

Ümummilli lider Heydər Əliyev irsində islam dəyərləri və tolerantlıq

1.Heydər Əliyev şəxsiyyəti və Azərbaycan

Millimüstəqillik bəşər tarixi boyu xalqların, millətlərin ən çox arzusunda olduqlarısiyasi, hüquqi və mənəvi tələbatları arasında əsas nemət olub. Çünki müstəqilolmayan bir xalq və millət daima var ola bilməz. Milli müstəqilliyini əldənvermiş millətlər zaman-zaman başqa xalqların və millətlərin içindəassimilyasiyaya uğrayaraq tarixində arxivlərində qalırlar. Hər xalqın, millətinmilli və dövlət müstəqilliyinin əldə edilməsində mühüm tarixi missiyaya malikolan dahi şəxsiyyətləri var. Öz xalqlarına milli müstəqillik nemətini daddırabilən həmin dahilər heç zaman unudulmur. Dünya və bəşər tarixində Azərbaycanadlı coğrafi məkanın milli müstəqil dövlət institutu halına gətirilməsi, millimüstəqilliyimizin 70 ildən sonra yenidən bərpası dahi şəxsiyyət, ulu öndərHeydər Əliyevə nəsib oldu. Bəli, bu gün birmənalı şəkildə demək olar ki, HeydərƏliyev bəşəriyyət tarixində mənsub olduğu xalqa və millətə milli dövlətmüstəqilliyini yenidən qazandıra bilən xilaskarlıq fenomenidir. Azərbaycanınmilli dövlət müstəqilliyinin yenidən bərpa olunması missiyasının Heydər Əliyevfenomeninə qismət olması əslində heç də təsadüfü deyildi. Çünki məhz uluöndərin anadan olduğu illər artıq Azərbaycan Xalq Cümhuriyyəti 23 ay mövcudolduqdan sonra süquta uğradığı zamanlar idi. Heydər Əliyev hələ 1940-cıillərdən başlayaraq Sovet Azərbaycanın dövlət təhlükəsizlik orqanlarındaçalışmağa başladığı zamanlarda özünün iti zəkası, güclü məntiqi, tarixihadisələri düzgün analiz və təhlil etməsi nəticəsində başa düşürdü ki, zor gücüilə, xalqları və millətləri istismar etməklə, repressiya maşınından keçirtməkləqurulmuş sovet rejiminin çox yaşaması mümkün olmayacaq.Ulu öndər həqiqətən də dərk edirdiki, Sovet Azərbaycanı müstəqil Azərbaycan dövlətini sarsıdılmaqla qurulmuş birdövlət idi. Çünki Heydər Əliyev hələ o zamanlar, gənc yaşlarından dövlət təhlükəsizlikorqanlarında çalışmağa başladığı illərdə artıq bunu hiss etməyə başlamışdı.Sovet rejiminin kölə, qul halında saxladığı respublikalarda, Azərbaycandamilli-intellektual ziyalı elitasının 1930-cu illərdə güllələnərək, uzaq Sibirəsürgün edilərək repressiyalara məruz qaldığını Heydər Əliyev öz gözləri iləgörürdü. Ulu öndər dərk edirdi ki, repressiyalara məruz qalan, sürgün edilərəkgüllələnənlər Azərbaycanın müstəqillik ideyalarının carçıları, bu məmləkətinistiqlala çıxmasını ürəkdən arzulayan Hüseyn Cavidlər, Mikayıl Müşfiqlər, AbbasMirzələr, Əhməd Cavadlar, idilər… Heydər Əliyev məhz Sovet İttifaqının belə gərginbir dövründən başlayaraq artıq Azərbaycanda istiqlaliyyət, müstəqillik, azadlıqideyalarının baş qaldırdığını hiss etmişdi. 1958-ci ildə Bəxtiyar Vahabzadənin əsasqayəsi milli azadlıq və müstəqillik ideyaları olan "Gülüstan” poeması işıq üzügördü. Artıq bu əsərə görə Bəxtiyar Vahabzadə həbs edilməli idi. Amma HeydərƏliyev onu nəinki həbs etmədi, hətta xilas etməklə onu qorudu, xalq şairi adıverərək dövlət mükafatı ilə təltif etdi. Ulu öndər artıq 1950-60-cı illərdə TəhlükəsizlikKomitəsindəvəzifə pillələrində qalxdıqca anladı ki, məhz təhlükəsizlikorqanlarında milli azərbaycanlı kadr zabitlərin, əməkdaşların sayıartırılmalıdır. Çünki 30-cu illər repressiyalarında milli müstəqillik, azadlıq,istiqlaliyyət ideyalarının daşıyıcıları olan milli ziyalı elitasını məhz buorqanlarda çalışan ermənilər məhv etmişdilər. Gələcəkdə Bəxtiyar Vahabzadələri,yeni milli azadlıq və müstəqillik ideya daşlarını zindanlardan qorumaq üçün təhlükəsizlikorqanlarında azərbaycanlı kadrların sayı artırıldı. Bir əsrdə dəfələrlə Azərbaycanlılaraqarşı ermənilərin soyqırım törətməsi faktını Heydər Əliyev dərindən dərkedirdi. Elə buna görə də Ulu öndər böyük uzaqgörənlik nümayiş etdirərək gələcəkdəözünün quracağı milli müstəqil dövlətin onurğası hesab olunan ordunun, silahlıqüvvələrin kadr bazasının əsasını sovet dövründə qoydu. 1971-ci ildə ümummillilider Heydər Əliyev C.Naxçıvanski adına internatlaşdırlmış hərbi məktəbin məhzAzərbaycanda yaradılması haqqında Moskvadan razılıq ala bildi. Məhz həmin dövrlərdə10 minə yaxın gənc Naxçıvanski hərbi məktəbini bitirərək Sovet İttifaqında ənnüfuzlu hərbi məktəblərə daxil olaraq böyük ordu həyatına vəsiqə aldılar.Qarabağ müharibəsində Naxçıvanski hərbi məktəbinin 1500 nəfərdən çox məzunu erməniişğalçılarına qarşı vuruşlarda əsl qəhrəmanlıq nümunələri göstərdilər. Artıqillər keçdikcə sovetlər dövründə müstəqil Azərbaycan dövlətinin yaradılmasıistiqamətində Heydər Əliyev əslində yaxın gələcək illər üçün milli müstəqilliyinkonsepsiyasını, planını çox dəqiqliklə hazırlayırdı.Heydər Əliyevin Azərbaycanarəhbərlik etdiyi dövr bütövlükdə xalqın azadlıq, müstəqillik arzularınıngerçəkləşməsinə real hüquqi, siyasi və iqtisadi əsasların yaradılması, bumöhkəm baza üzərində qazanılmış dövlət müstəqilliyinin möhkəmləndirilməsi,xalqın təbii konstitusion hüquqlarına sahib çıxması, milli-mənəvi yüksəlişənail olması, fərdin özünü vətəndaş kimi dərk etməsi kimi iftixar doğuran şanlıepoxanı əhatə edir. Ümummilli liderin Azərbaycan qarşısındakı əvəzsiz tarixixidmətlərinin ən qabarıq siyasi təzahürü isə onun dayanıqlı milli dövlətqurması, onu möhkəmləndirməsidir. Hələ 1991-ci il 18 oktyabr tarixində uluöndər Heydər Əliyevin də imza atdığı "Azərbaycan Respublikasının DövlətMüstəqilliyi haqqında Konstitusiya Aktı” dövlətimizi rəsmi olaraq 1918-ci ilmayın 28-dən 1920-ci il aprelin 28-dək mövcud olmuş Azərbaycan DemokratikRespublikasının varisi və müstəqil respublika elan etdi. Dövlət müstəqilliyininilk illərində 1991-ci ildən 1993-cü ilin iyununa qədərki mərhələdə respublikadamövcud olmuş fəlakət və sarsıntılar, ağır sosial-iqtisadi böhran, hərc-mərclik,anarxiya təsdiqlədi ki, dövlət müstəqilliyinin qorunub saxlanılması onunqazanılmasından qat-qat çətindir. 1991-1993-cü illərdə respublikamız de-yuremüstəqil sayılsa da, əslində, bu müstəqillik formal xarakter daşımış, xalqımızədalətli və sivil dövlətdə yaşamaq arzusunu tam mənada gerçəkləşdirəbilməmişdir. Həmin illərdə Azərbaycanda hakimiyyətdə xalqın etimad göstərdiyisiyasi qüvvənin olmaması dövlət idarəçiliyi mexanizmlərinin formalaşmasındaciddi maneəyə çevrilməklə yanaşı, daxili böhranın, vətəndaş itaətsizliyinin,xaos və anarxiyanın yaranmasına rəvac vermiş, qanunçuluğun və hüquqqaydalarının təmini, vətəndaşların azad, təhlükəsiz yaşamaq hüququnun, ənnəhayət, ictimai asayişin qorunması sahəsində əsaslı problemlər yaratmışdı. Ozaman hakimiyyətdə olan qüvvələrin səriştəsiz və yarıtmaz fəaliyyətinəticəsində hüquq-mühafizə orqanlarının üzərinə düşən qanuni vəzifələri həyatakeçirə bilməməsi ictimai həyatın müxtəlif sahələrində hərc-mərcliyin baş alıbgetməsinə, daxildə qeyri-sabit və təhlükəli vəziyyətə səbəb olmuşdu.Azərbaycanda xaos və anarxiya hökmsürürdü. İqtisadiyyat dağıdılmış, insanların yaşayış səviyyəsi kəskin şəkildəaşağı düşmüş, cinayətkarlığın səviyyəsi maksimum həddə çatmışdı. Qarabağdadöyüşmək üçün ağır və xüsusilə ağır cinayət törətmiş şəxslər belə, həbsdən azadedilərək silahlandırılmışdı. 1993-cü ilin iyun ayının əvvəllərində Gəncə şəhərindəxalqın dəstəyindən tamamilə məhrum olmuş mərkəzi hakimiyyətə qarşı başqaldırmış hərbi qiyam isə ölkədəki hərc-mərcliyin, anarxiya mühitinin, siyasihakimiyyətə qarşı total inamsızlığın kulminasiya həddinə yetişməsi idi. Faktikiolaraq bəzi xarici qüvvələrin də dəstəklədiyi bu silahlı qiyam Azərbaycanınyenicə nail olduğu dövlət müstəqilliyinə ciddi təhlükə olmaqla yanaşı, silahlıvətəndaş müharibəsinə, Azərbaycanın ayrı-ayrı bölgələrə parçalanmasına zəminyaratmışdı. Azərbaycan faktiki olaraq dövlət müstəqilliyini itirmək ərəfəsində,xalq isə vətəndaş müharibəsinin astanasında idi. Belə bir mürəkkəb şəraitdəxalqın səsinə səs verərək hakimiyyətə qayıdan Heydər Əliyev respublikanı millimüstəqilliyin itirilməsi təhlükəsindən qurtarmış, çağdaş tariximizə dövlətçiliyinxilaskarı, qurucusu kimi daxil oldu. Böyük strateqin rəhbərliyi altındahakimiyyət boşluğu qısa müddətdə aradan qaldırıldı, respublikanın müxtəlif bölgələrindədövlətçiliyə qəsdlər təşkil edən cinayətkar ünsürlər xalqın dəstəyi ilə zərərsizləşdirildi,vətəndaş sülhü və həmrəyliyinin təmini istiqamətində ciddi addımlar atıldı. Uluöndərin bu mərhələdə Azərbaycan üçün ən böyük xidməti isə onun de-fakto müstəqildövlət qurması, dövlətçilik sütunlarını möhkəmləndirməsi, tarixi ənənə vəmüasirlik əsasında milli inkişaf konsepsiyasını müəyyənləşdirməsi oldu. Bütünbunlar Azərbaycanda ardıcıl və sistemli olaraq hüquqi dövlət quruculuğu və vətəndaşcəmiyyətinin formalaşdırılması prosesinə başlamaq imkanı yaratdı. Ölkədəictimai-siyasi sabitliyin tam bərqərar olması, hüquq qaydalarının möhkəmləndirilməsi,dövlət çevrilişləri cəhdlərinin qarşısının xalqın dəstəyi ilə qətiyyətləalınması ulu öndər Heydər Əliyevə dövlət quruculuğu istiqamətində praktikaddımlar atmağa imkan verdi.

2. HeydərƏliyev və tolerantlıq

Məqalədə Heydər Əliyevideyalarının və ölkəmizdəki multikultural dəyərlərin dünyada tanıdılmasınınəhəmiyyəti vurğulanıb. Azərbaycanın tolerant ölkə olduğu, milli mənəvi və dinidəyərlərə ölkəmizdə çox böyük önəm verildiyi, dini mənsubiyyətindən asılıolmayaraq, hər kəsin azad fəaliyyəti üçün dövlət tərəfindən bütün imkanlarınyaradıldığı bildirilir. Bütün bunların əsasını ulu öndər Heydər Əliyev qoyub.dahi şəxsiyyət Heydər Əliyevtolerantlığı və multikulturalizmi cəmiyyətin monolitliyini, möhkəmliyinişərtləndirən ən vacib amil kimi görürdü.Uzun illər ərzində müxtəlif dinlərin vəmədəniyyətlərin nümayəndələrinin ölkəmizdə dinc və qarşılıqlı anlaşma şəraitindəyaşayan bütün xalqlar Azərbaycanda xristian, yəhudi və digər icmaların mövcudolması, onlar üçün əlverişli şəraitin yaradılması bunun əyani göstəricisidir. Bugün Azərbaycanın ictimai-siyasi həyatında multikulturalizmə böyük önəm verilir.Ümummilli lider Heydər Əliyevin müdrikliyi nəticəsində multikulturalizmAzərbaycanda dövlət siyasəti elan olunub və bu kurs bu gün Prezident İlhamƏliyev tərəfindən də uğurla davam və inkişaf etdirilir. Məhz Azərbaycandamultikulturalizm tarixən həyat tərzi olub və bu ənənələr bu gün dəyaşamaqdadır. Multikulturalizm, eyni zamanda, Azərbaycan cəmiyyətinin dünyayaözünü tanıtdırmaq rəmzidir.Heydər ƏliyevinAzərbaycanda bütün sahələrin, o cümlədən mədəni və mənəvi həyatın inkişafındamisilsiz xidmətləri olubdur. Ümummilli lider Heydər Əliyevin Azərbaycandaictimai-siyasi, mədəni-mənəvi və digər sahələrdə xaos yaratmaq istəyənqüvvələrin planlarının qarşısını alaraq ölkəmizi xilas etdiyini, xalqımızıvahid azərbaycançılıq məfkurəsi ətrafında sıx birləşdirdirib. Azərbaycandamultikulturalizm siyasətinin qədim qaynaqları Alban və digər dövlətlərdə,multikultural və tolerant cəmiyyətdə mövcuddur. Şirvanşahlar dövlətindən,Səfəvi imperiyasından başlayaraq Azərbaycan Respublikasınadək ölkəmizdə qurulanbütün dövlətlərdə tolerant və multikultural dəyərlərin və cəmiyyətin olduğunu,digər dinlərə və millətlərə aid dəyərlərə yüksək hörmət və ehtiramıngöstərildiyini görmüşük. Bütün bunlar multikulturalizmin Azərbaycan xalqınınyüzilliklər ərzində yaşam tərzi olmasının göstərici kimi dəyərləndirilib. UluÖndər özünə qədər olan multikultural və tolerant dəyərləri dövlət siyasətinəçevirdi və bu siyasət bu gün də davam etdirilir. Dünyada multikulturalizmsiyasəti ilə bağlı ikiqütblülüyün olduğu dünyada multikulturalizmin dərin böhraniçində olduğu bir dövrdə Azərbaycan Prezidentinin bəyanatlarını mühüm çağırışkimi qiymətləndirmək olar. Hazırda Qərb ölkələrinin bədbinlikləmultikulturalizm siyasətindən üz çevirdikləri bir dövrdə Azərbaycanda əsasıümummilli lider Heydər Əliyev tərəfindən qoyulan multikulturalizm siyasətiPrezident İlham Əliyevin rəhbərliyi ilə uğurla inkişaf etdirilir.Multikulturalizmin vətəndaş cəmiyyətində həyat tərzinə çevrilməsi onuninkişafının ən yüksək mərhələsidir.Bölmədə müəllifUlu öndər Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışından sonra dinsahəsində gərginliyin azaldılması, dini vəziyyətin yaxşılaşdırılması,dövlət-din münasibətlərinin tənzimlənməsi istiqamətində mühüm tədbirlər həyatakeçirdi. Məqalədə Azərbaycanın tutduğu demokratik, hüquqi, dünyəvi dövlətquruculuğu yolu millətin özünü dərindən dərk etməsini tələb edir, milliözünüdərk isə millətin ictimai və dini fikrinə, adət-ənənələrinə müraciətedilməsini labüd edir. Heydər Əliyev və multikulturalizmin Azərbaycan modelizaman-zaman örnək rolunu oynayacaq.Bilirik ki, Azərbaycandamultikulturalizmin dərin kökləri var və bu sahədə Heydər Əliyevin roluvurğulanmalıdır.Ekspertlər vurğulayır ki, ölkəmizdə multikulturalizmənənələrinin formalaşması və bu modelin yaradılmasında Heydər Əliyevinxidmətləri çoxşaxəlidir. Heydər Əliyev Azərbaycanın gələcək uğurlu inkişafıüçün dəqiq ideoloji hədəf seçib.Öz uzaqgörən, müdrik siyasəti ilə əsrlərboyu formalaşmış Azərbaycan çoxmədəniyyətlilik ənənəsini inkişaf etdirib, onukeyfiyyətcə yeni mərhələyə qaldırıb: "Ulu öndər hələ 1994-cü ildəİstanbulda keçirilən "Sülh və səbr" adlı beynəlxalq dini konfransdakıçıxışında bu məqamı dəqiq ifadə edib".Azərbaycandakı multikulturalizmləbağlı Heydər Əliyev deyirdi: "Azərbaycanın vətəndaşları dini, irqi,siyasi, dil mənsubiyyətindən asılı olmayaraq, hamısı eyni hüquqa malikdir vəonların hüquqları Azərbaycan tərəfindən qorunur və mühafizə olunur. Sizəminolabilərsiniz ki, biz bu məqsədlərimizə, bu prinsiplərimizədaim sadiq olacağıq və gələcəkdə də Azərbaycan vətəndaşlarının dinimənsubiyyəti, yaxud dil mənsubiyyəti, siyasi mənsubiyyətindən asılı olmayaraq,bir-birilə münaqişəyə girməsinə yol verməyəcəyik". Azərbaycanda dövlətinmultikultural ənənələri qorumasında ən vacib məqam milli lider Heydər Əliyevintəşəbbüsü ilə bu məsələnin hüquqi sənədlərdə, o cümlədən, Konstitusiyada əksolunmasıdır.Belə ki, multikulturalizm siyasətinin əsasını təşkil edəntolerantlıq prinsipi Konstitusiyanın bir sıra maddələrində təsbitedilib.Buna görə də Heydər Əliyevi Azərbaycan multikulturalizminin siyasibanisi hesab etmək olar: "Ulu öndər Heydər Əliyev ilk növbədə bununlaHeydər Əliyev siyasi modelinin assimilyasiya və izolyasiya kimi digərmodellərdən üstün olduğunu bütün dünyaya nümayiş etdirdi.Azərbaycanəhalisinin çoxmilli tərkibi bizim sərvətimizdir, üstünlüyümüzdür, biz bunuqiymətləndiririk və qoruyub saxlayacağıq deyən ulu öndər bütün sonrakı siyasifəaliyyətini bu sərvətin əbədi olması istiqamətinə yönəltdi.Milli lider HeydərƏliyevin rəhbərliyi altında ölkəmizdə Azərbaycan xalqının multikulturalənənələrinin qorunması və inkişaf etdirilməsi sahəsində həyata keçirilən siyasiistiqaməti yeni mərhələdə Prezident İlham Əliyev uğurla inkişafetdirir.Bu siyasətin həyata keçirilməsində BMT, ATƏT, Avropa Şurası,Avropa İttifaqı, İslam Əməkdaşlıq Təşkilatı və digər nüfuzlu beynəlxalqtəşkilatlarla əməkdaşlığa xüsusi önəm verilir.Azərbaycan multikulturalənənələrinin qorunub saxlanması, təbliği ilə bağlı Heydər Əliyev Fonduəhəmiyyətli layihələr həyata keçirir.Fondun prezidenti, UNESCO vəİSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın təşəbbüsü ilə keçirilən"Mədəniyyətlərarası dialoqda qadınların rolunun genişləndirilməsi","Qloballaşma şəraitində mədəniyyətlərin rolu", "Çoxmədəniyyətlidünyada sülh şəraitində birgə yaşama", "Azərbaycan-tolerantlıqməkanı" layihələrini xüsusi qeyd etmək olar".Ümummilli lider Heydər Əliyevin böyüklüyü rəhbər vəzifəyə gəldiyi gündənbu dəyərləri düzgün qiymətləndirməsində, daim diqqət mərkəzində saxlamasındaidi.

Ümummilli lider Heydər Əliyevin yenidən siyasi hakimiyyətəqayıdışından sonra dövlət–din münasibətlərinin tənzimlənməsi istiqamətindəmühüm tədbirlər həyata keçirilməsi məsələləri təhlil edilir.Milli mənəvi dəyərlər hər bir Azərbaycan vətəndaşıüçün doğma, əziz və müqəddəsdir. Bu həm də milli ruhun, milli şüurun simvoluolaraq tarixi yaddaşın fundamental prinsiplər əsasında formalaşması deməkdir.Xalqımız, millətimiz keçmişin bütün buxovlarından azad olduqdan sonra əlindənzorla alınmış milli mənəvi dəyərlərinin, milli özünüdərkin formalaşmasına yenizəmin yarandı.Ulu öndərinİslam dəyərlərini xalqımızın milli sərvəti kimi dəyərləndirməsi, ölkəmizdətolerantlıq mühitinin yaranması istiqamətində xidmətləri tədqiq və təhlilə cəlbolunmuşdur.Qloballaşan dünyada mənəvi dəyərlərin böyüktəhlükələrlə üzləşdiyi məqamlarda Heydər Əliyev qətiyyətli bir lider kimimövqeyini ortaya qoyurdu. Ulu öndərin milli mənəvi dəyərlərin qorunması iləbağlı 2001-ci il avqustun 13-də verdiyi "Milli mənəvi dəyərlərin pozulmasıxalqımıza qarşı bağışlanmaz xəyanətdir” bəyanatı problemə təkcə dövlətrəhbərinin yox, həm də müdrik bir el ağsaqqalının münasibəti idi. "Biz öz millimənəvi dəyərlərimizlə, adət-ənənələrimizlə fəxr edirik” deyən Ümummilli Liderinişıqlı ideyaları bu gün də yaşayır və həyata keçirilir.Ümummilli liderinmilli ideologiyanın ən mühüm istiqamətlərindən və komponentlərindən biri kimiqiymətləndirdiyi milli mənəvi dəyərlər özü də mürəkkəb daxili strukturamalikdir. Burada Heydər Əliyev milli mənəvi dəyərlərin üç tərkib hissəsinixüsusi qeyd edirdi: dil, din və adət-ənənə.Məqalədəhəmçinin ulu öndərin ölkəmizdə tolerantlıq mühitinin yaranmasında xidmətləri dənəzərdən keçirilmişdir.Məlum olduğu kimi, Sovet dövlətinin ideologiyasında sosialist şüarlarlayanaşı ateist təbliğat da xüsusi yer tuturdu və bu ideologiya əsas gücünüislamla mübarizəyə sərf edirdi. Heydər Əliyev həmin təbliğatın mahiyyət vəhədəflərini yaxından izləyən və anlayan, onun psixoloji ağırlığını öz içindəyaşadan canlı bir şahiddir. Heydər Əliyev 1997-ci ildə Mədinə şəhərindəkiPeyğəmbər məscidinin şərəf kitabına yazdığı ürək sözlərində öz duyğularını beləifadə etmişdi: "Allaha şükür olsun ki, uzun illər qəlbimdə yaşayan arzuma,niyyətimə nail oldum. Bu tarixi hadisə qəlbimdə böyük həyəcan və rahatlıq hissiyaratdı, Allahın böyüklüyünü dərk etdim!”. Qurani-Kərimin əl-Bəqərə surəsinin284-cü ayəsində deyilir: "Göylərdə və yerdə nə varsa, hamısı Allaha məxsusdur.Siz ürəyinizdə olanı zahirə çıxarsanız da, çıxarmasanız da Allah ona müvafiqsizinlə haqq-hesab çəkər. Allah istədiyini bağışlayar, istədiyinə də əzabverər. Allah, hər şeyə qadirdir!”.

Heydər Əliyev 2–ci dəfəsiyasi hakimiyyətə qayıdarkənyenicə müstəqilliyini elan edən ölkəmiz öz tarixinin mürəkkəb, çətin və ağırillərini yaşayırdı. Qafqazın əsas ölkəsi sayılan, öz zəngin enerji qaynaqları,coğrafi-siyasi mövqeyi və insan potensialı ilə seçilən bu gənc respublikaaşağıdakı ciddi böhranlarla üzləşmişdi: xarici təcavüz, Qarabağ münaqişəsi,köhnə siyasi-ideoloji sistemin dağılması ilə ölkə daxilində hakimiyyət boşluğu,hərc-mərclik meylləri, cəmiyyətin psixoloji durumunda müşahidə edilənümidsizlik, inamsızlıq və çaşqınlıq, əxlaqi-mənəvi mühitdə baş verən qeyri-müəyyənlik,insanlarda, cəmiyyətdə özünəgüvənmə hisslərinin zəifləməsi və s. Belə bir məqamda,öz siyasi təcrübəsi və intellekti ilə xarici amillərin təsirini zəiflətməyə vəneytrallaşdırmağa qadir olan, ölkədaxili ixtilafları və hərc-mərcliyi cilovlayabilən qüdrətli dövlət xadimi, cəmiyyətin inamını özünə qaytarmağı, buradamilli-mənəvi birlik mühiti yaratmağı bacaran müdrik el ağsaqqalına ehtiyacvardı. Heydər Əliyev, məhz ağır böhran şəraitində bütün lazımi siyasi, ictimaivə mənəvi keyfiyyətləri özündə birləşdirən bütöv bir şəxsiyyət kimi Azərbaycanxalqının harayına çıxaraq bütün sahələr üzrə məntiqi ardıcıllıqla düşünülmüş gərginfəaliyyətə başladı. Yeni dünya düzənindəki vəziyyəti nəzərə alaraq, həm Qərb vəAvropa ilə, həm də Rusiya, Yaxın Şərq və Asiya ölkələri ilə əlaqələr yaradaraqölkənin İslam dünyasının bir parçası olmasına xüsusi önəm verirdi. Uzun müddətSovet sistemində fəaliyyət göstərən Heydər Əliyev Şərq mentalitetini və Şərq dəyərləriniyaşadan, milli-mənəvi keyfiyyətlərə böyük əhəmiyyət verən, eyni zamanda müasirdünyada baş verən proseslərin nəbzini tutmaqla praqmatiq gerçəkliyi dərindən dərkedən bir şəxsiyyət idi. O, Azərbaycanı düçar olduğu ağır böhrandan çıxarmaqüçün balanslaşdırılmış siyasi gedişlər etməklə yanaşı, sovetlərdən sonra cəmiyyətinöz milli-mənəvi köklərinə qayıdışı üçün mühüm addımlar atdı. Ölkədə dini-mənəvidəyərlərə və İslama münasibətin nəzəri əsaslarını irəli sürməklə yanaşı,onların təşəkkülü və inkişafı üçün əməli işlər görməyə başladı. Digər bir tərəfdən,Azərbaycan ilə Şərq ölkələri, xüsusilə ərəb və İslam dünyası arasında çoxsahəliəlaqələrin qurulması, genişlənməsi və möhkəmlənməsi üçün ictimai-siyasi, elmi-mədənivə mənəvi zəmin hazırladı.Ümumiyyətlə, yeni tarixi şəraitində Azərbaycanınqarşılaşdığı böhranlardan çıxaraq özünə güvənməsi üçün ümummilli dirçəlişkonsepsiyasına böyük ehtiyac var idi. Bu ideologiya, həm milli adət-ənənələrə vədini-mənəvi dəyərlərə söykənməli, həm də Azərbaycanın çağdaş dünyayaqovuşmasını təmin etməli idi. Deməli, yenicə müstəqilliyə qədəm qoyan ölkədünyada gedən demokratiya, inkişaf və qloballaşma prosesindən geridə qalmamalı,həm milli mədəniyyətini və simasını, mənəvi özəlliyini yaşatmalı, həm d əbaşqamədəniyyət və dinlərdə dözümlülük şəraitində münasibət qurmalı idi. Bu olduqcaçətin və həssas məsələnin düzgün həlli üçün düşünülmüş və ölçülüb-biçilmişaddımlar atılması tarixi zərurət kimi qarşıya qoyulmuşdu. Sovet ideologiyasınınsürətlə çökməsindən sonra, Azərbaycan xalqının yenidən öz milli mənəvi dəyərlərinəqayıdışı təbii bir prosesə çevrildi və burada İslam xüsusi bir yer tutdu. Onagörə Azərbaycanın rəhbəri ölkənin islamla münasibətini düzgün və sağlam müstəvidəhəll etməyə girişdi. Bununla bağlı bir neçə məqamı ümumiləşdirmək olar:

1.İslamAzərbaycan xalqının dini etiqadı olmaqla milli mədəniyyətinin tərkib hissəsidir.

2.Dincəmiyyətin milli, əxlaqi və mənəvi bütövlüyünün önəmli amili kimi çıxış edir.

3.Müasirdövrdə dövlət-din münasibətlərinin düzgün tənzimlənməsinə ehtiyac duyulur.

4.Dinlərvə xalqlar arasında anlaşma və dialoq yeni beynəlxalq şəraitin əsas tələblərindənbiridir.

Ümumiyyətlə, islam Azərbaycan xalqının çox önəmli, zənginmilli-mənəvi atributu sayılırdı. Ölkənin beynəlxalq aləmdə gerçək siyasi,iqtisadi müstəqilliyini qoruması, öz milli simasını, varlığını saxlaması üçün həminzəngin xəzinəyə müraciət etməsi lazım gəlirdi. Heydər Əliyev bütün işlərdəolduğu kimi, burada da, həm məsələnin nəzəri cəhətlərini bilən, onu düzgün həyatıməcraya istiqamətləndirən rəhbər, həm də onun icra mexanizmini tənzimləyənpraktik bir dövlət xadimi kimi fəaliyyət göstərdi. Prezident dəfələrlə dinxadimləri və ruhanilərlə görüşdü, məscid və ziyarətgahlara baş çəkdi, bütündini mərasim və bayramlar da xalqa müraciət etdi, bir sıra mərasimlərdə özüiştirak etməklə camaatla və möminlərlə ünsiyyətdə oldu. O, dini məsələlərə özünəxas bir maraqla, həssaslıqlayanaşırdı, hadisələrin seyricisi yox, fəal iştirakçı olaraq onun əsas itiqamətlərinimüəyyənləşdirirdi. O, dinin, daha doğrusu, İslamın müasir Azərbaycan cəmiyyətindətutduğu yeri açıb göstərmək, məqsəd və məramını lüzumsuz yad ideoloji cərəyanların,qeyri-ənənəvi dini firqələrin missioner təşkilatların pozucu fəaliyyəti və təxribatlarınınqarşısını almaq üçün ölkədə dini işləri tənzimləmək, dövlət-din münasibətlərinisağlam bir müstəvidə qurmaq üçün addımlar atırdı.İslam mənəvi cəhətdən sağlaminsanların və sağlam cəmiyyətin qaynağıdır.Sağlam cəmiyyət isə güclü vəsarsılmaz dövlətçiliyin əsas sütunudur.Sağlam cəmiyyəti və güclü dövləti olanxalq bütün problemləri həll etməyə, öz işıqlı gələcəyini qurmağa, müasirdünyanın inkişaf və tərəqqi karvanınaqoşulmağa qadirdir.Dinə münasibətin aydın təzahürü, dini dəyərlərin əhəmiyyətinindəyərindən anlaşılması dövrə,zamana həmin konseptual siyasi baxışın çox mühüm tərkibhissəsi kimi diqqəti çəkir.Bu bağlılıq, bu vəhdət-bütövlükdə konsepsiyanın dəyərliliyinivə uğurunu təmin edəcək dərəcə önəmlidir.

Müstəqilliyə qovuşandan sonra Azərbaycanda da dinəkütləvi qayıdış müşahidə edilir, hər cür yasaqlar, məhdudiyyətlər aradanqalxır, çoxlu məscidlər tikilir, dini mərasimlər geniş qeyd edilir, dini təhsiləmeyl sürətlə artır.Bütün bunlar çox yaxşıdır, lakin həmin proses müəyyən çətinliklər,problemlər də doğururdu. İnam ruhi ehtiyacdan doğmalıdır. Buna görə də, dinəqayıdış dərin, əsaslı olduğu kimi həm də səmimi olmalı, düzgün təməl üzərindəqurulmalıdır. Əsas məqsəd budur və Ümummilli lider Heydər Əliyevin dinlə bağlıqayğı və düşüncələrinin də elə məzmununu bu amil müəyyənləşdirirdi.Müstəqil Azərbaycanarəhbərlik etdiyi dövrdə Heydər Əliyevin ölkədəki prosesləri həmişə həssaslıqlaizlədiyini, ən müxtəlif dini məsələlərin həllinə diqqətlə yanaşdığını görürük.Təsadüfi deyil ki, onun istər əməli fəaliyyətində, istərsədə elmi nəzəri irsindədinlə bağlı tədbirlər, mülahizələr mühüm yer tutur. Ölkə başcısı mütəfəkkirsiyasətçi kimi həm tarixi, həm də müasir aspektdə dindən ardıcıl sürətdə söhbətaçmışdır. Onun dinlə bağlı həyata keçirdiyi mühüm əməli işlər və söylədiyi dərinfikirlər bir–biri ilə daxilən bağlanır. Sözü ilə işi bir–birini tamamlayanböyük dövlət xadiminin fəaliyyətinin, düşüncələrinin mühüm bir sahəsini dolğunşəkildə göz önündə canlandırır.

Dindarlarla mütəmadi görüşlərdən tutmuş elmi müşavirələrəcənən müxtəlif tədbirlərdəki söhbətlərində, çıxışlarında ulu öndər Heydər Əliyevdönə-dönə ən yaxın tarixi dövrün neqativ təcrübəsinə müraciət edir, sovet dövlətinindinə münasibətinin acı həqiqətlərini yada salırdı. Bunda məqsəd həmin yanlışsiyasətin mahiyyətini açıb göstərmək, onun ibrətamizliyi üzərində bizidüşündürməkdir.

Məlumdurki, sovet ideologiyasında ateizm təbliğatı xüsusi yer tutur, elmi texniki tərəqqininyaratdığı geniş imkalardan bəhrələnərək təkidlə Allaha etiqadsızlıq təlqinedilirdi. Lakin nə 70 il hökümranlıq edən ideologiya, nə də ateist dünyagörüşüSovet dövlətini dağıtmaqdan xilas edə bildi. Bunun səbəbləri haqqında dünyanınbir çox siyasətçiləri və mütəxəsisləri müxtəlif fikirlər söyləmişlər. Dərinləşəniqtisadi böhran və bunu müşayiət edən siyasi hərc-mərclik həmin süqutun əsasamilləri kimi irəli sürülmüşdür. Maraqlıdır ki, Heydər Əliyevin şərhlərində həminamillərlə yanaşı, ideoloji sahələr də vurğulanır. Belə nəticəyə gəlmək ola ki,zahirən çox qüvvətli, möhtəşəm görünən sovet ideologiyası, əslində, saxta,çürük təmələ söykənirdi. Buna görə həmin ideologiyanında, onun insanlara haqqyolundan uzaqlaşdıran təbliğatının məğlubiyyətiqaçılmaz idi və dünyanın altı da bir hissəsinə hökmranlıq edən dövlətin bir gözqırpımındaca çöküşünü Allahın cəzası kimi anlamaq mümkündür.

Ulu öndər Heydər Əliyev hələ ölkə prezidentiseçilməzdən əvvəl 5 sentyabr 1993-cü ildə "Təzəpir” məscidində Peyğəmbər əleyhissəlamınmövludu münasibəti ilə keçirilən mərasimdəki çıxışında Azərbaycan xalqınınbir müddət öz dinindən uzaq düşməsi səbəbləri,bunun acınacaqlı nətcələri üzrərində dayanır və məsələyə, həm də qeyd etdiyimizaspektdən yanaşırdı. Əlbətdə, Azərbaycan xalqının da keçmiş SSRİ-nin tərkibindəyaşayan digər müsəlman xalqlarınında öz dinindən təcrid olunmasının birbaşa səbəbkarısovet siyasi-ideoloji sistemi idi və bu mülahizə Heydər Əliyevin təhlilində həmişəön plana çəkilirdi. Lakin həmin hadisəni, ehtimal şəklində olsa da, eynizamanda, Allahın sınağı kimi mənalandırmaqla daha geniş dini-fəlsəfi düşüncələrmüstəvisinə çıxardaraq deyirdi: "Azərbaycan xalqı uzun müddət öz dinindən məhrumolmuşdur. Bu, əlbətdə, bizim üçün acınacaqlı bir haldır. Ancaq bu nə sizdən, nədə məndən asılı idi. Ola bilər ki, bu Allahın işidir. Və bu da bir imtahandırki, görsünlər insan öz dinindən məhrum olandan sonra nə bəlalara düşür və özdininə qayıdandan sonra nə qədər xoşbəxtlik əldə edir”.

Məsələninbu şəkildə qoyuluşu dini baxımdan da əsaslı görünür. Məlumdur ki, Qurani-KərimAllahın öz bəndələrini müxtəlif vasitələlə imtahana çəkdiyini dəfələrlə bizəbildirir. Məsələn, "əl-Bəqərə sürəsi 155-157-ci ayələrdə müsibətlə üzləşənAllah bəndələri səbrə dəvət edilir, belə olduqda onların Rəbbi tərəfindənbağışlanması və rəhmət gözləməsidir. Düşünmək olar ki, Azərbaycan müsəlmanlarıda keçmiş SSRİ-nin tərkibində (digər müsəlmanlar kimi) belə bir sınağa məruzqalmış, lakin Allahın rəğbəti yenidən onları öz dininə qayıtmasına fürsətvermişdir. Müxtəlif səbəblər üzündən öz dinindən uzaq düşənlər, adətən, böyükmüsibət və məhrumiyyətlərlə üzləşir, lakin yenidən haqq yolunu tapıb Allahadoğru qayıdarkən onlar həqiqi xoşbəxtlik anlarını yaşayırlar.

BunuAzərbaycanın timsalında da aydın görmək mümkündür. Müstəqillik dövründə yenidənöz dininə qovuşmaq imkanı əldə etməsi Azərbaycan müsəlmanlarında ruh yüksəkliyi,sevinc hissi doğurur. Buna görə də sovet ideologiyasının anti din, xüsusiləanti islam təbliğatından danışarkən ulu öndər Heydər Əliyev, mahiyyətinə dərindənbələd olduğu bu tarixçənin adətən dini-mənəvi dəyərlərə qayıdışın zəruriliyinivə əhəmiyyətini vurğulamaqla tamamlayır. Müdrik və uzaqgörən siyasətçi kimi həminprosesin indiki tarixi dönəmdə Azərbaycan cəmiyyətinin sağlam əsaslarla yenidəntəşəkkülü və inkişafı, milli-mənəvi bütövlüyü və ondan özünəgüvəncpsixologiyasının bərpası üçün önəmini müəyyənləşdirir.

Azərbaycanrəhbəri məruzə və çıxışlarında öz xalqının doğma dinindən zorla uzaq salınarkənkeçirdiyi iztirabları daima yada salır. Bunda məqsəd, heç də, insanların təsirləndirməkvə sarsıtmaq deyildi. Hərçənd ibrətamiz nəticələr üçün emisional-psixolojiyaşantıların da əhəmiyyəti az deyil. Ancaq məqsəd daha böyükdür: yaxın keçmişiacı həqiqətlərini xatırlanması, bunların bir daha təkrar olunmamasınınmümkünsüzlüyünü açıqlamaq və şüurlara təlqin etmək naminə idi. Yəqin buna görədə 1998-ci ilin oktyabrnda Bakıda keçirilən "Müasirlik və dini-mənəvi dəyərər”adlı Beynəlxalq konfransındakı geniş çıxışında Heydər Əliyev sovet hakimiyyətidövründə dinə qarşı aparılmış total və fasiləsiz mübarizənin üzərində ətraflıdayanmağı lazım bilir. Həmin mübarizənin təkcə bir ölkəyə qarşı yox, nəticə etibariləbütünlükdə bəşəriyyətə qarşı yönəldiyini bəyan edir: "Məlumdur ki, biz 70 ilkomminist ideologiyası ilə tərbiyələnərək dinimizdən və dinin bizə bəxş etdiyimənəvi dəyərlərdən məhrum olmuşuq. Kommunist ideologiyasının bəşəriyyətəvurduğu zərbələrdən ən böyüyü 70 il ərzində dinə qarşı aparılmış təbliğat,xüsusən dinin qadağan olunması və təhrif edilməsi olmuşdur”. Sovethakimiyyətinin dinlə amansız və aramsız mücadiləsi, heç şübhəsiz, sosializminictimai-ideoloji mahiyyətindən doğurdu. Lakin həmin təcrübə belə düşünməyə əsasverir ki, sovet ideologiyası dini nüfuzdan salmaqla öz rəhbərlərini bütləşdirməküçün yol açmağa çalışırdı. Yəqin, elə buna görə də, sovet hakimiyyəti bu yoldaona mane olacaq ən başlıca qüvvəyə-ilahi dinlərə, xüsusilə, İslama qarşıamansız olmuşdur. Çünki, İslam dini, Qurani-Kərim yalnız bir Qadir Allahatapınmağı önə çəkməklə, hər cür bütpərəstlik meyllərini rədd etmişdir. İslamdainsan Allahın bəndəsi olaraq təkcə ona ibadət edir və ondan yardım diləyir.

Sovetideologiyası bir tərəfdən dini qadağan edirsə, başqa bir tərəfdən onu bütünvasitələrlə təhrif etməklə ictimaiyyətin gözündən salmağa çalışırdı. HeydərƏliyev bu məsələni də nəzərdən qaçırmır, sovet ateist təbliğatının acizliyini həmdə bu amillə izah edirdi. O, beynəlxalq konfransda sözünə davam edərək bütün səylərinəbaxmayaraq, sovet sisteminin dini hisslər, islam həqiqətlərinin ucalığıqarşısında duruş gətirə bilmədiyini qeyd edir, həmin sistemin sürətlə çökməsinibuna canlı misal çəkir: "Ancaq, eyni zamanda, bu tarix onu da göstərir ki, dinvə o cümlədən bizim mənsub olduğumuz islam dini o qədər qüdrətə malikdir ki,heç bir ideologiya, heç bir hakimiyyət və heç bir hökmdar onunla bacara bilməzvə 70 illik tarix də göstərir ki, bunu bacara bilməzdi”.Qurani-Kərim haqq olan İslama bütün kafirlərin, müşriklərin və münafiqlərin həmişəçalışdıqlarını, lakin onların uğursuzluğa düçar olacaqlarını ilahi xəbərdarlıqlabütün bədxahlara bildirir. Allahın dininə qarşı olanlar bu nuru söndürməyəçalışsalar da bacarmazlar. "Ət-tövbə” surəsinin 32-ci ayəsində deyilir: "OnlarAllahın nurunu (dəlillərini, islam dinini, Quranı) batil sözləri ilə söndürməkistəyirlər. Allah isə kafirlərin xoşuna gəlməsə də, ancaq öz nurunu (dinini)tamamlamaq istər”.

Azərbaycanliderin 9-11 dekabr 1998-ci ildə Bakıda keçirilən başqa bir toplantıda, "İslamsivilizasiyası Qafqazda” adlı Beynəlxalq konfransdakı çıxışında öz konkretmüşahidələri və qənaətləri əsasında sovet siyasi-ideoloji sisteminin dinə qarşıyönəlmiş siyasətinin görünən və görünməyən tərəflərindən söhbət açır, bir dahahəmin mübarizənin məğlubiyyətlə nəticələnməsinin qanunauyğunluğuna diqqəti cəlbedir, bu məğlubiyyəti dini hisslərin xalqın həyatına, mənəviyyatına atdığı rişələringüclü və dərin olması ilə izah edir: "Sovetlər İttifaqının mövcud olduğu 70 il ərzindəonun ərazisində din yasaq, qadağan edilmiş, ateizm təbliğatı aparılmışdır. Dinəqarşı çox kəskin mübarizə aparılmış, allahsızlıq, dini inkar etmək o illərdəkommunist ideologiyasının əsasını təşkil etmişdir. Biz bu dövrü yaşamışıq vəindi, Azərbaycan öz müstəqilliyini bərpa edəndən sonra tarixi nöqteyi-nəzərdənqısa bir zamanda dinin, o cümlədən İslam dininin nə qədər dərin kökləriolduğunu daha da çox dərk etmiş oluruq”

Ulu öndər Heydər Əliyev yaxın keçmişin tarixi təcrübəsininobyektiv mənzərəsini rəsm edir, buna görə də onun təhlil və qiymətləri sərrastvə inandırıcı səslənir. Ümumiyyətlə, bu mühakimələr fakta əsaslanması və məntiqiardıcıllığı ilə seçilir. Daha sonra Heydər Əliyev deyir: "Qısa bir zamanda məlumoldu ki, əgər Azərbaycanda kommunist ideologi yaşı 70 il yox, 170 il də hökmsürmüş olsaydı, insanları İslam dinindən ayırmaq mümkün olmayacaqdı. Bu artıqfaktdır. Eyni zamanda, bu, İslam dininin nə qədər böyük gücə malik olduğunusübut edir”.

Ümummilli lider Heydər Əliyev Naxçıvanda tikilən məscidinaçılışında söylədiyi geniş nitqində bu incə məsələyə toxunaraq bildirirdi ki,o, Sovetlər İttifaqında yüksək vəzifə tutmuşdu və bu sayaq vəzifəli şəxslərdindən uzaq olmalı idilər. Kommunist Partiyasında və siyasi hakimiyyətdə yüksəkyer tutmasına baxmayaraq, Allah daim onun qəlbində olmuş, amma şəraitə görə bunubiruzə verə bilməmişdir. Bütün bunlar şəxsiyyətin daxilində iztirablardoğururdu. Azərbaycan rəhbəri tarixi həqiqəti etiraf etməklə, həm də həmin mənəvi-psixolojiyaşantıları hiss etdirirdi. Bu yolla İslama qarşı aparılan qərəzli təbliğatın cəmiyyətəvurduğu mənəvi ziyana diqqəti yönəldirdi. "İslam sivilizasiyası Qafqazda” adlıBeynəlxalq konfransda söylədiyi fikrilər olduqca maraqlıdır: "Sovet hakimiyyətidövründə dünyaya gəlmiş, yaşamış nəsillər, bəlkə də, o vaxtkı güclü təbliğat nəticəsindədinin, bizim üçün isə, ələlxüsus, islam dininin bu qədər zəngin mənəvi dəyərlərə,bu qədər dərin köklərə malik olduğunu anlaya bilmirdilər. Biz özümüz də bunuanlaya bilmirdik. Mən bunu etiraf edirəm”

Azərbaycan rəhbərinin dedikləri bir neçə mühüm məsələnidövrün tarixi həqiqətləri səviyyəsində açıqlayır və ümumiləşdirir: birincisi,sovet ideoloji siyasi sistemi müsəlmanları öz dinindən, dinin zəngin mənəvi dəyərlərindən,islam maarifindən uzaq saxlayırdı, çünki bu dəyərlərin gücünü bildiyinə görə yəqinedirdi ki, cəmiyyətdə sovet ideologiyasının təsiri azalır, İslama meyl rəsmiideologiyanı üstələyir. Başqa bir tərəfdən, bolşeviklər dinə və xüsusilə,İslama qarşı mübarizədə həm ideloji-siyasi təbliğat vasitələrindən istifadə etməkləgerçək dini maarifin qarşısını alır və islam dəyərlərini təhrif edir, həm də zorakılıqyolu ilə təsisatları və məscidləri, müqəddəs ziyarət yerlərini məhv edir,onların yerinə anbar və bu tipli binalar tikirdilər. Hətta məscid və ziyarətgahlarıpartladıb darmadağın etməkdən belə çəkinmirdilər. Bunda məqsəd isə diniatributları ictimaiyyətin və xüsusilə yeni nəslin şüurundan silmək olub. Azərbaycanınəksər bölgələrində məscidlər, minarələr sökülmüş, ümumi bina isə təsərrüfat işləriüçün istifadə edilmişdir. Yeni nəsil bunlardan xəbərsiz idi. Digər bir tərəfdənruhanilər və dini şəxslər təqib edilirdi, hətta dindən uzaqlaşanlaraallahsızlıq kitabçası kimi vəsiqə verilirdi. Təkcə Quran və islam maarifinə aiddini kitablar deyil, ərəb əlifbası ilə yazılmış çoxlu elmi, fəlsəfi, mühüm əhəmiyyətkəsb edən tarixi və ədəbi sərvətlər də məhv edilirdi. Əslində xalqın tarixiyaddaşının üstündən qələm çəkmək siyasəti yeridilirdi.

Ulu öndər Heydər Əliyev çıxışlarında bubarədə acı təəssüf hissi ilə dönə-dönə danışır. "Bibiheybət” məscidini 1994-cüildə ziyarət edərkən bu müqəddəs ocağını necə vəhşiliklə dağıdılmasını yadasalır. Burada yeni bir məscidin tikilməsi barədə qərar verir. Bu məscidkompleksi 1998-ci ilin may ayında tikilib başa çatdı və Prezident həminaçılışda çıxış edərək bir daha göstərdi ki, nə fiziki zor və məhvetmə, nə dəsiyasi-ideloji təbliğat maşını insanların etiqadını sındıra bilmişdir.

Ümummilli lider Heydər Əliyev 1-2oktyabr 1998-ci ildə Bakıda Qafqaz Müsəlmanları İdarəsinin Elmi-Dini Şurasınınkeçirdiyi "Müasirlik və dini-mənəvi dəyərlər” adlı Beynəlxalq konfransda bu barədəbəhs edərək belə söyləmişdir: "Təsəvvür edin, o yer müqəddəs yerdir. Orada VIIIəsrdə həzrəti Hökumənin qəbri olmuşdur. İmam Rzanın bacısı həzrəti Hökumənin qəbriüzərində vaxtilə insanlar məscid qurmuşdular və ora ziyarətgaha çevrilmişdi.Ancaq o müqədəs yer, müsəlmanların, tək Azərbaycandan yox, dünyanın bir çoxyerlərindən gələn müsəlmanların ziyarət etdiyi müqəddəs ocaq 1933-cü ildəpartladılmışdır, dağıdılmışdır. Məscidi partladıblar, dağıdıblar, yerlə yeksanediblər, amma insanlar ayağını o yerdən çəkə bilməyiblər. Həmişə "Bibiheybət”piri bizdə ona pir deyirlər – müsəlmanların ziyarət yeri olubdur, müsəlmanlargedib orada, o yerə öz ehtiramını bildiriblər, Allah yolunda nəzirlərini veriblərvə o yeri yaşadıblar”

Ulu öndər Heydər Əliyev həmin konfransda bu tiplibaşqa faktları da yada salır. Belə ki, Sovetlər zamanı İslama qarşı aparılanmübarizə nəticəsində yüzlərlə məscid və ziyarətgah məhv edilmişdi. Azərbaycanmüstəqillik əldə edərkən ölkədə cəmi 18 məscid fəaliyyət göstərirdi. Lakin qısabir vaxtda, yəni 7 il ərzində 1000-dən artıq məscid tikilmişdir. O, bu barədəsözlərini belə yekunlaşdırır: "İndi Azərbaycanda 1000-dən artıq məscid var. Demək,insanların hamısının qəlbində məscid intizarı, məscid arzusu (məscid Allahevidir) o qədər yaşayıb ki, qısa bir zamanda hökumətin, dövlətin heç bir köməyivəsaiti olmadan məscidlər tikilibdir. Bu mənim dediklərimə əyani sübutdur”[İsgəndərov,2008,s.52].

Nəticə:Görkəmli dövlət xadimi Heydər Əliyev İslam dəyərlərini xalqımızınmilli sərvəti kimi dəyərləndirdiyi barədə fikirlərini açıqlayaraq belə demişdir: «Xalqımızın çoxminilliktarixi var və çox əsrlərdir ki, İslam dininə itaət edirik. İslam dini bizimdoğma dinimizdir. Xalqımızın milli-mənəvi dəyərləri, dinimizin adət-ənənələrivə dəyərləri hamısı birlikdə bizim milli sərvətimizdir. Biz fəxr edəbilərik ki, xalqımız çox dəyanətli xalqdır və zaman-zaman, əsrlər boyu cürbəcürməhrumiyyətlərə məruz qalaraq bütün bu adət-ənənələri unutmayıb. Nə vaxt ki,rəsmi dairələr bunu qadağan edib, yaxud da buna mənfi münasibət göstərib,insanlar bunu qəlbində, öz ailəsində, evində yaşadıblar. Hətta bizim bəzifədakar insanlar bu adət-ənənələrimizi yaşatdıqlarına görə çox əziyyətlərçəkiblər, bəzən də məhrumiyyətlərə, cəzalara məhkum olublar».Heydər Əliyevdən gətirdiyimizkəlamlar onun xalqımızın ümumi və bəşəri dəyərlərə yiyələnməsində İslamınrolunu yüksək qiymətləndirdiyini göstərir. Məqalədə Ulu öndər Heydər Əliyevin dövlət-din münasibətlərinin qanunçuluqbazasının yaradılmasında, normativ hüquqi sənədlərin ardıcıllıqla həyatakeçirirlməsində, milli-mənəvi dəyərlərimizin qorunmasında və inkişafındamisilsiz xidmətlər göstərdiyini nümayiş etdirməsi əks olunubdur. Möhtərəmprezidentimiz Cənab İlham Əliyev bugün də, dövlət-din münasibətlərində yaranmışənənəni uğurla davam etdirir.

Cəmil QULİYEV

Tarix üzrə fəlsəfə doktoru