adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
05 Aprel 2024 11:50
1758
ŞOU-BİZNES

Ülviyyə Namazova: “Vəfa ilə dost olmuşuq, amma indi"...

Açıqlamaları ilə  gündəm olan Ülviyyə Namazova bu dəfə də sükutu pozub.

Müğənni  ona söz atanları cavabsız qoymayıb:

““Qoşa çinarlar” mahnısını ifa etməsəydim 5 yerdə evim olmazdı. Bunu səsmimi deyirəm. Hər kəs məni bu mahnı ilə svedi. Hətta Rusiyada qəza keçirəndə bir anlıq düşündüm ki, mən o mahnını bir yaxın, xətrin çox istədiyim insanın toyunda oxumalıydım axı. Təsəvvür edin özümü yox, həmin insanı düşünmüşəm. 

Geyim mövzusunda isə bunu deyə bilərəm ki, ayrıca mağazam olsaydı, bəzi müğənnilərə heç paltar verməzdim. Çünki həmin müğənnilər paxıl və kinli olanlardır. Onlarıın belə bir düşüncəsi var ki, mən birinci geyinim sonra sən geyin. Bu belə deyil axı. 

Vəfa Şərifovanın evində olmuşam, o da bizə qonaq gəlib. Şəkillərimiz var bir yerdə. Mən yalan danışmaram axı. Bir insanla münasibətim olubsa, deyərəm ki, əvvəllər mehriban olmuşuq, indi o münasibət yoxdur.  Vəfa deyir ki, biz dost olmamışıq. Ancaq ilk dəfə ana olanda mən onun yanında olmuşam, çox pis keçən günləri olub daim yanında olmuşam. Bəs dostluq necə olur?! Eybi yox, Allah hər şeyi görür”.

Əntiqə