adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
29 Avqust 2014 13:26
7850
ƏDƏBİYYAT

“Ulduz” jurnalının tirajı artırılacaq

Hazırda 300tirajla nəşr olunan "Ulduz” jurnalının tirajı yaxın vaxtlarda artırılacaq. Bu barədə "Ulduz”un baş redaktoru Qulu Ağsəs jurnalınınredaksiya heyətinin toplantısında məlumat verib. Onun sözlərinə görə tirajınsayının artırılmasına səbəb jurnalın son nömrələrinin oxucular və abunəçilərtərəfindən maraqla qarşılanmasıdır: "Satışdan geriyə jurnal qayıtmır. Ancaq satışla yanaşı abunə məsələsini də diqqətdəsaxlamalıyıq. Ədəbi çevrələrdə onsuz da jurnalımız alınır, izlənilir və dərgidəhəyata keçirdiyimiz yeni layihələrlə bağlı müsbət rəylər eşidirik. Ancaqarzuolunandır ki, "Ulduz” təkcə ədəbi cameədə yox, elmi çevrələrdə, ali və ortaməktəblərdə, kitabxanalarda, bölgələrdə də oxucu auditoriyası toplasın. Bununüçün abunə olmaq ən yaxşı vasitədir”.

İclasdaredaksiya heyətinin üzvlərindən şairlər Elçin Mirzəbəyli, Həyat Şəmi, SevincMürvətqızı, Elşən Əzim, Vüsal Nuru, Xəyal Rza, Hafiz Hacxalıl, Nuranə Nur,Qılman İman, Fərid Hüseyn qatılıb və təkliflərlə çıxış ediblər. Redaksiyaheyətinin toplantısının ayda bir dəfə keçirilməsi qərara alınıb.

Qeydedək ki, bugünlərdə "Ulduz” jurnalının iyul sayı işıq üzü görüb.