adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
29 Oktyabr 2014 17:56
7469
ƏDƏBİYYAT

“Ulduz” jurnalının oktyabr sayı dərc olunub

AzərbaycanYazıçılar Birliyinin orqanı olan "Ulduz”jurnalının oktyabr buraxılışı oxucuların ixtiyarına verilib. Budəfəki "Ulduz”  şairə SonaVəliyevanın ”Oxucu sözü ” adlı ekspert yazısı ilə açılır. Sona Vəliyevasentyabır nörməsini çox diqqətlə, qayğıyla və peşəkarlıqla  incələyir. Jurnalda yer almış bütün müəlliflərinəsərlərinə öz fikrini bildirib.

"Şeirvaxtı”nın bu dəfəki qəhrəmanı  ƏlişirinŞükürlüdür.

 Bu dəfə "özüylə söhbət”ləşən isə Cəlil Cavanşir oldu.

Filologiyaelmlər doktoru Cəlal  Bəydili "Ənənəyəehtiramla” yazdı.

Azərbaycandaqonaq olmuş Türk yazıçısı Harı Ataşın, burda gördüklərindən, qarşılaşdıqlarındantəsirlənərək yazdığı  üç hekayəsi jurnaldayer alıb.

Jurnaldahəmçinin, "Variasiya” müsabiqəsinin son qalibi ilə maraqlanmaq mümkündür.  

CeyhunMusaoğludan yeni hekayə.   "16-cı vaqon”

Gəncşairlərin nəzərinə: Vaqif Yusifli sizdən yazıb.

Bu dəfə"Dərgidə kitab”ı olan Kənan Hacıdır. 

VüsalNuru "Ədəbiyyatın kor budağı” adlı yazısıyla dünya fantastikədəbiyyat tarixinə ekskursiya edib.

"Ulduz”jurnalkı  bu sayında iki  yeni imza: 9 yaşlı Dəniz "Təbiət qızı” adlınağılını, Bəhruz Niftəliyev şeirlərini oxuculara təqdim edir.

Həmişəkikimi bu dəfə də "Ulduz” öz oxucularını hədiyyəsiz qoymayıb. Jurnalın bu sayını alan oxuculara  Çingiz Abdullayevin  "Manipulyator” adlı kitabı  hədiyyə olunacaq.