Ulduz futbolçuya 8 oyunluq cəza
Karyerasını Çində davam etdirən Oskar ağır cəzaya məruz qalıb.
Adalet.az-ın məlumatına görə, Çin Super Liqasının XIII tur matçındakı qeyri-etik hərəkəti ona baha başa gəlib.
Belə ki, "Şanxay SİPG”in formasını geyinən Braziliya millisinin üzvü "Quançjou Fuli” ilə qarşılaşmada insidentin yaranmasına səbəb olub. Matçın gedişində əsəblərinə hakim ola bilməyən 26 yaşlı yarımmüdafiəçi epizodların birində hakimin fitindən sonra topu qəsdən rəqibin iki oyunçusunun üstünə vurub. Nəticədə rəqib komanda üzvləri onun üzərinə şığıyıblar və futbolçunu yerə səriblər.
Çin Futbol Federasiyası ciddi qalmaqal yaratmaqda günahlandırılan Oskarı 8 oyunluq diskvalifikasiya edib. Həmçinin klubu 5000 dollar məbləğində cərimələnib.
Digər Xəbərlər
04 May 2024 13:37
Türkiyəli azarkeşlər İkardinin həyat yoldaşını təhqir etdilər
04 May 2024 10:29Azərbaycan Premyer Liqası: “Kəpəz” “Sumqayıt”a, “Qarabağ” “Neftçi”yə qarşı
03 May 2024 23:04UEFA-dan AVRO-2024 il bağlı mühüm dəyişiklik
03 May 2024 22:52Arda Güler komanda yoldaşlarından şikayətlənib - VİDEO
03 May 2024 22:06