Ukraynalı jurnalist Avro-2016-nın ulduzu seçilib
Futbol - təkcə gərgin oyunları olan idman növü deyil. Etiraf edək ki, futbol digər idman növləri ilə müqayisədə həm də böyük biznes və şoudur. Xüsusilə Avropa və Dünya Çempionatlarında, eləcə də digər əhəmiyyətli firtbol çempionatlarında komandalar və oyunçularla yanaşı, onların azarkeşləri də diqqət mərkəzində olur. Həm çılğın azarkeşlik dərəcələrinə görə, həm də çıldırıcı görünüşlərinə görə. Üzlərini tamamilə bayrağın rənginə bürümüş, başlarına maraqla pariklər qoymuş azarkeşlər, ya da elə sadəcə gözəlliyi ilə diqqət mərkəzinə gələnlər. Məsələn, ukraynalı gözəl kimi. Vlada Şeqlova adlı jurnalist xanım Fransada keçirilən Avro - 2016-nın ulduzu seçilib. Seçım fotoqrafların azarkeşlər arasında çəkdiyi qadın şəkillərinin qirmətləndirilməsi əsasında baş tutub. Dünya üzrə sosial şəbəkələrdə bu şəkillərə səs verilib. Nəticədə isə ukraynalı jurnalist və azarkeş ulduz seçilib.
Qeyd edək ki, Vlada həmdə "Qara dənizin mirvarisi -2013" gözəllik müsabiqəsinin qalibi olub.
Digər Xəbərlər
01 May 2024 15:38
Çempionlar Liqasında qaydalar: “Real Madrid” Arda Güleri başqa klublara transfer edə bilməyəcək?
30 Aprel 2024 19:22Azərbaycan millisi Rumıniya ilə üz-üzə
30 Aprel 2024 15:37"Qarabağ"ın Çempionlar Liqasındakı daha bir mümkün rəqibi bəlli oldu
30 Aprel 2024 15:32"Modriçin varisi olacağımı dedilər" - Arda Gülər
30 Aprel 2024 14:00