Ukraynadan Putinin atəşkəs elanına MÜNASİBƏT
Ukraynanın xarici işlər naziri Andriy Sibiqa Rusiya Prezidenti Vladimir Putinin Qələbə Günü münasibətilə elan etdiyi atəşkəs qərarına münasibət bildirib.
Adalet.az xəbər verir ki, nazir bu barədə “X” sosial şəbəkəsində paylaşım edib.
Andriy Sibiqa qeyd edib ki, əgər Rusiya doğrudan da sülh istəyirsə, hərbi əməliyyatları dərhal dayandırmalıdır.
O, Putinin elan etdiyi birtərəfli atəşkəs müddətinə şübhə ilə yanaşdığını vurğulayıb:
"Əgər Rusiya həqiqətən sülh istəyirsə, dərhal atəşi dayandırmalıdır. Niyə mayın 8-nə qədər gözləyir? Əgər yanğın indi və hər hansı bir tarixdən sonra 30 gün ərzində dayandırıla bilərsə, deməli, bu realdır, təkcə parad üçün deyil. Ukrayna davamlı və tam atəşkəsi dəstəkləməyə hazırdır. Bizim daim təklif etdiyimiz budur, ən azı 30 gün ", – Ukraynanın xarici işlər naziri bildirib.
Digər Xəbərlər
27 Mart 2026 19:00
Rusiya yeraltı müharibəyə hazırlaşır - ŞOK İDDİA
27 Mart 2026 18:51
ABŞ bazalarının koordinatlarını hamı bilir - Lavrov
27 Mart 2026 18:21
“İraqdakı kimi rejimi bəhanə edib İslamın tarixini silməyə yönəlmiş bütün növ fəaliyyət...”
27 Mart 2026 18:09


Bakı -°C

