adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
01 Aprel 2019 14:10
15478
DÜNYA

UKRAYNADA PREZİDENT SEÇKİLƏRİ İKİNCİ TURA QALDI

Hələki şoumen liderlik edir

UkraynanınMərkəzi Seçki Komissiyası 60 faizdən çoxprotokolunun nəticələrinə görə artıq heçbir namizədin müvafiq səs toplaya bilməyəcəyini bildirərək prezident seçkilərindəikinci turun keçiriləcəyini bəyan edib.

Bubarədə məlumat verən Ukrayna MSK sədri TatyanaSlipaçuk bildirib ki, aprelin 21-nə nəzərdətutulmuş ikinci tur seçkilərin keçirilməsinəçox az vaxt qaldığı üçün qalanprotokolların nəticələri tezliklə yoxlanılmalıdır.

Hazırda67,82 faiz yoxlanılan protokolların nəticələrinə görə şoumen Vladimir Zelenski digərnamizədlərlə arasındakı fərqi artırmaqdadı. Hazırki nəticələrə görə, o, seçicilərin30,40 faiz səsini qazanıb. İkinci yerdə gedən hazırki prezident Poroşenko 16,34faiz, onun ardınca isə «Batkivşina» partiyasının lideri Yuliya Timoşenko 13,09 faiz səs yığa bilib.

MSK-nın məlumatlarına görə, Poroşenko yalnız ölkənin üç vilayətində liderliyini qoruyub saxlayır,«Xalqın xidmətçisi» partiyasının lideri,tanınmış şoumen Vladimir Zelenski isə 19regionda liderlik edir.

Buarada Yuliya Timoşenkonun seçki qərargahınınnümayəndəsi Sergey Sobolev MSK-nın Poroşenkonun xeyirinə saxtakarlıq etməsi ilə bağlı bəyanatla çıxış edib. Öz növbəsindəPoroşenko da ikinci turda qaib gəlmək üçün artıq aprelin 1-dən mübarizəyə başlayacağını bəyan edib.

Rusiya Dövlət Duması Ukraynada keçirilənprezident seçkilərinin saxtalaşdırılması və çirkli texnologiyalardan istifadə etməklə beynəlxalq hüquq prinsiplərinin pozulması hallarınınbaş verdiyini önə çəkərək bu seçkinin nəticələrini tanımayacaqlarını bildirib.

MEHRİBAN