Ukraynada koronavirusa yoluxma göstəricisi kəskin artıb
İyul ayında Ukraynada koronavirusa yoluxma göstəriciləri iyun ayı ilə müqayisədə üç dəfədən çox artıb.
Adalet.az-ın məlumatına görə, bunu ölkənin Səhiyyə naziri Maksim Stepanov deyib.
O bildirib ki, iyunda ölkə üzrə yoluxma göstəricisi 100 min nəfər üçün 50 nəfərə bərabər idisə, iyul ayında bu rəqəm 161 nəfərə bərabər olub.
Qeyd edək ki, bu günədək Ukraynada 67 597 nəfər koronavirusa yoluxub, 1 650 xəstə ölüb, 37 mindən çox xəstə sağalıb.
Digər Xəbərlər
28 Aprel 2024 22:10
İraq eynicinsli münasibətlərə görə nəzərdə tutulan qanunu qəbul etdi
28 Aprel 2024 21:46Minə yaxın Tacikistan vətəndaşı Moskva hava limanlarında çətin vəziyyətdə qaldı
28 Aprel 2024 21:20Rusiyada itkin düşən uşağın meyiti öz evindəki paltaryuyan maşından tapıldı
28 Aprel 2024 20:57Tiflisdə müxalifət yenidən mitinq keçirir
28 Aprel 2024 20:44