adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
10 Fevral 2016 23:07
9248
DÜNYA

Ukraynada hərbçilər minaya düşdü

Donetsk aeroportu yaxınlığında Ukrayna ordusunun 3 hərbçisi minaya düşüb.

Adalet.az-ın "İnterfaks” agentliyinə istinadən verdiyi məlumata görə, nəticədə 1 hərbçi ölüb, 2-si xəsarət alıb.

Qeyd olunur ki, yaralıların həyatına təhlükə yoxdur. Onlar Dnepropetrovsk şəhərinə göndərilərək hərbi hospitala yerləşdiriləcəklər.

Hadisənin təfərrüatları barədə məlumat verilmir.