Ukrayna üzrə nizamlanma yekun mərhələyə keçdi - Vitkoff
Ukrayna üzrə sülh prosesi artıq yekun mərhələyə keçib və danışıqlar hazırda yalnız bir əsas məsələnin həlli üzərində cəmləşib.
Adalet.az xəbər verir ki, bu bəyanatı ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff Davos Dünya İqtisadi Forumunda panel müzakirəsində deyib.
Uitkoff bildirib ki, tərəflər bu məsələ ilə bağlı bir neçə variantı müzakirə ediblər və bu da problemin həll edilə bilən olduğunu göstərir.
“Əgər hər iki tərəf səmimi şəkildə bu problemi həll etmək istəyirsə, o zaman bu mütləq baş verəcək”, – o vurğulayıb.
ABŞ Prezidentinin xüsusi nümayəndəsi, həmçinin, bu gün axşam Moskvaya səfər edəcəyini təsdiqləyib. Onun sözlərinə görə, Moskva səfərindən sonra Əbu-Dabiyə yollanacaq və burada Ukrayna üzrə işçi qrupları səviyyəsində təmaslar keçiriləcək.
Uitkoff qeyd edib ki, ABŞ Ukrayna münaqişəsinin uğurla nizamlanmasında qətiyyətlidir və bu istiqamətdə diplomatik səylər davam etdiriləcək./APA
Digər Xəbərlər
03 Aprel 2026 10:30
“Trampın Ukraynaya dəstəkdən geri çəkilməsi ABŞ-nin strateji məğlubiyyətidir...”
03 Aprel 2026 10:20
Pakistanda partlayış olub - Ölənlər var
03 Aprel 2026 09:10
Əfqanıstanda geyim qaydaları sərtləşdirildi
03 Aprel 2026 09:07
Tehrana gedən körpü bombalandı - VİDEO + YENİLƏNİB
03 Aprel 2026 09:04
ABŞ ordusunun baş qərargah rəisi istefa verdi
03 Aprel 2026 08:44
Avstraliya Yaxın Şərqə xüsusi təyinatlı qüvvələrini yerləşdirib
03 Aprel 2026 08:41
"Heç vaxt bərpa olunmayacaq şey ABŞ-nin nüfuzuna dəyən zərərdir" - Əraqçi
03 Aprel 2026 08:37


Bakı -°C

