Ukrayna NATO ilə Rusiya arasında "bufer zona" olmalıdır - Orban
Ukrayna NATO üzvü olmamalıdır. O alyansla Rusiya arasında "bufer zona" olaraq qalmalıdır, çünki onun NATO üzvü olması Rusiya yaxınlığında daimi hərbi münaqişə təhlükəsi yaradacaq.
Adalet.az xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban bildirib.
Onun sözlərinə görə, Ukraynanın NATO-ya qoşulmaq istəyi mövcud münaqişənin əsas səbəblərindən biridir: "Bu münaqişə yalnız Rusiyanın təhlükəsizlik maraqları nəzərə alınmaqla həll edilə bilər. NATO və AB-nin öz qoşunlarını Rusiyanın sərhədləri yaxınlığında yerləşdirə bilməyəcəyini qəbul etməkdən başqa bir həll yolu görmürəm, çünki ruslar buna həmişə hərbi əməliyyatlarla cavab verəcəklər".
Orban bildirib ki, məhz buna görə Rusiya ilə NATO arasında "bufer zona" olmalıdır.
"Əvvəllər "bufer zona" olmuş və hazırda müharibə zonasına çevrilən Ukrayna ərazisi yenidən öncəki statusuna qayıtmalıdır. Biz bu barədə razılığa gəlməliyik. Bunun alternativi əbədi müharibədir" - Orban qeyd edib./Teleqraf
Digər Xəbərlər
25 Yanvar 2026 09:43
Fransa hökumətində dəyişikliklərin edilməsi gözlənilir
25 Yanvar 2026 09:22
Suriya kürdlərlə atəşkəsi 15 gün uzatdı
25 Yanvar 2026 09:02
Türkiyədə nişan mərasimində 113 nəfər dəm qazından zəhərləndi
25 Yanvar 2026 09:00


Bakı -°C

