"Ukrayna münaqişəsinin bitməsini istəmirlər"
Macarıstanın baş naziri Viktor Orban, Ukrayna münaqişəsinin həll olunması üçün sülhpərvər missiyasını davam etdirəcək. Lakin o fəaliyyət planının detallarını açıqlamaq istəmir, çünki buna mane ola biləcək qüvvələrdən ehtiyat edir.
Orban, Kossiut radiostansiyasına müsahibəsində qeyd edib ki, bu adi təhlükəsizliklə bağlı deyil, sadəcə hazırda Ukrayna münaqişəsinin sülh yolu ilə həll olunmasını istəməyən çoxsaylı qüvvələr var.
"Əgər əvvəlcədən növbəti addımın necə olacağı bilinsə, çoxları o addımın qarşısını kəsməyə çalışacaq ki, alınmasın"-deyə bildirən baş nazir, qeyd edib ki, o "əvvəlcə bu yolda hərəkət etməyi, sonra isə bu barədə danışmağı" qərara alıb.
Macarıstanın baş naziri bəyan edib ki, Slovakiyanın baş naziri Robert Fisoya və ABŞ prezidentliyinə namizəd Donald Trampa qarşı törədilən sui-qəsdlərin də arxasında, "sülh partiyasının" tərəfdarlarına qarşı mübarizə aparan "müharibə partiyası" dayanıb.
Orban sonda bildirib ki, ABŞ-da prezident seçkilərində Tramp qalib gələrsə, bu problemi tezliklə həll edər.
Rüstəm Hacıyev
Digər Xəbərlər
14 Sentyabr 2026 19:38
Ukrayna və Rusiya razılaşdı, hücum olmayacaq - Tramp
14 Sentyabr 2026 18:50
Zelenski Baş prokuroru vəzifəsindən azad etdi
14 Sentyabr 2026 18:43
Ermənistanı Aİİ-dən çıxarmaq mümkün deyil - Rubinyan
14 Sentyabr 2026 18:30
Rusiya Ukraynanın itkilərini yenilədi
14 Sentyabr 2026 18:12
Müharibənin bir günü Ukraynaya neçəyə başa gəlir?
14 Sentyabr 2026 17:29
Pezeşkian danışarkən çərəz yeyən xarici rəsmi gündəm oldu - VİDEO
14 Sentyabr 2026 13:12
Gürcüstanda DTX rəisi istefa verdi
14 Sentyabr 2026 12:54


Bakı -°C

