Ukrayna müdafiə naziri Rusiya ilə danışıqların şərtini açıqlayıb
Ukrayna müdafiə naziri Oleksiy Reznikov Rusiya ilə danışıqların şərtini açıqlayıb.
Adalet.az “Ukrinform”a istinadən xəbər verir ki, o, bu barədə yerli mətbuata müsahibəsində deyib.
“Rusiya ilə danışıqlar o zaman mümkündür ki, Ukraynanın tərəfdaşları masa arxasnda əyləşsin:
"Referendum" keçiriləcəyi halda, heç bir danışıqlardan söhbət getməyəcək. Amma sizə demək istəyirəm ki, rusiyalılarla danışıqlar şansı mümkündür. Tərəfdaşlarımız masa arxasında otursalar, bu, mümkün olacaq”.
Reznikov, həmçinin xatırladıb ki, "Minsk-3" razılaşmasını əldə etməyin mənası yoxdur.
Nazirin fikrincə, Ukraynadakı müharibə Suriya və Koreya ssenarisi ilə bitə bilməz: “Yeganə variant Ukrayna Silahlı Qüvvələrinin qalib gəlməyinə inanmaqdır. Rusiya hələ 2014-cü ildə silahlı münaqişəni dondurmaq şansını əldən verdiyi üçün Ukraynada hərbi əməliyyatlar “Koreya ssenarisi” ilə bitə bilməz. Həmçinin Suriya ssenarisi də mümkün deyil. Rusiyanın həm şəxsi heyət, həm də texnika baxımından resursu tükənir. Bizim isə tərəfdaşlarımız var. Bu, kollektiv Qərbdir".
Xatırladaq ki, daha əvvəl ekspertlər savaşın qış ayında bitəcəyini istisna etməmişdilər.
Digər Xəbərlər
23 Sentyabr 2026 00:11
Tramp Ərdoğanı təriflədi - "Çətin adamdır" - VİDEO
23 Sentyabr 2026 00:00
Ərdoğan Endi Börnhemlə Qəzzada və Ukraynadakı vəziyyəti müzakirə edib
22 Sentyabr 2026 23:44
Ukraynada “Patriot” raketləri istehsal edilə bilər - Tramp açıqladı
22 Sentyabr 2026 22:45
Trampla Zelenskinin görüşü oldu - "Artıq vaxtdır"
22 Sentyabr 2026 20:47
Zelenski BMT-nin mənzil-qərargahına belə getdi - FOTO
22 Sentyabr 2026 20:21
BMT üzvləri Şimali Kipri tanımağa dəvət edilib
22 Sentyabr 2026 20:20
Qrenlandiyaya iddialı olan Tramp təhlükəsizlik sazişi imzaladı
22 Sentyabr 2026 20:11


Bakı -°C

