adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
18 Mart 2024 11:30
358
DÜNYA

Ukrayna Belqorodu bombalamaqda davam edir

 Belqorodun meri Valentin Demidov bildirib ki, bu gün martın 18-də, Ukrayna silahlı qüvvələrinin növbəti hava hücumlarından sonra, bir nəfər sakin yaralanıb.

 "Səhər hücumlarından sonra bir nəfər sakin yaralanıb və o, artıq xəstəxanaya yerləşdirilib"- deyə şəhər meri operativ yığıncaqda bildirib.

 Demidovun sözlərinə görə, hücum zamanı bir ədəd şəxsi tikiliyə, məişət obyektinə, avtomobilə və avtobusa ziyan dəyib.

 Belqorod və şəhər ətrafı rayonlarda raket hücumları ilə bağlı xəbərdarlıq siqnalı  bu gün səhər, Moskva vaxtı ilə saat 8-32-də elan edilib. 

 Rüstəm Hacıyev