adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
18 Yanvar 2022 10:07
1000
ŞOU-BİZNES

Üçüncü evliliyini bitirmək istəyən müğənnidən XƏBƏR VAR

Son günlər açıq-saçıq səhnə geyimləri ilə gündəm olan tanınmış türk müğənnisi Gülşennin şəxsi həyatında böhran yaşandığı iddia edilir.

Adalet.az Habertürk-ə istinadən xəbər verir ki, müğənninin 2016-cı ildə ailə qurduğu müsiqiçi Ozan Çolakoğlu boşanacağı xəbərləri yayılıb.

Çolakoğlunun ayrılmaq qərarına səbəb kimi Gülşənin səhnədəki açıq-saçıq geyimi olduğu bildirilsə də, tanınmış musiqiçi daha əvvəl də bu məsələdə həyat yoldaşına dəstək olmuşdu: "Gülşən xanımın geyiminə qarışmıram. Təbii ki, fikrimi soruşur. Dizaynlarını çox bəyənirəm. Bəyənməyənlər özləri bilər. Bəyənmirsən tənqid edə bilərsən, amma bunu təhqir səviyyəsinə çatdırmaq düzgün deyil.Şəxsən Gülşən xanımın geyimləri mənim çox xoşuma gəlir”- deyə bildirmişdi.

Azur Benan adlı oğlu olan cütlük haqqında ilk açıqlamanı yaxın ətrafı verib.

Beləki, Gülşənin meneceri Haluk Şentürk açıqlamasında: "Tamamilə yalan xəbərdir. Onlar əslində çox xoşbəxtdirlər. Bilirsiniz ki, Gülşen xanım belə mövzularda danışmağı sevmir. Ozan bəyin evdən ayrılması isə ümumiyyətlə, uyğun söhbət deyil”.

Qeyd edək ki, Gülşən ilk dəfə1997-ci ildə məşhur gecə klublarının meneceri Murat Varolla ailə həyatı qurub. 2000-ci ildə boşanıblar. Daha sonra 2007-ci ildə Çeşmədə bir qayıqda interyer dizayneri Fahrettin Aykut ilə evləib. 2008-ci ildə ondanda ayrılıb.

Adı eşq dediqodularında önəmli şəxslərləçəkilib. Əvvəl prodüsser Erol Köse sonra isə aparıcı Reha Muxtarla gündəmə gəlib.

Əntiqə Rəşid