adalet.az header logo
  • Bakı -°C
26 Fevral 2026 10:54
79
DÜNYA
A- A+

Üçtərəfli görüş təxirə salındı

Rusiya, ABŞ və Ukrayna arasında Cenevrədə keçiriləcək növbəti görüş təxirə salınıb. Görüşün nə vaxt krçiriləcəyi barədə məlumat verilməyib.

 Rusiyanın BMT-dəki rəsmi nümayəndəliyinin rəhbəri Vasili Nebenziya bəyan edib ki, Rusiya Birləşmiş Ştatların üçtərəfli danışıqlarda tutduğu mövqeni qiymətləndirir.  Ukrayna tərəfidə bu danışıqlara məsuliyyətlə yanaşır.  Nibenziya qeyd edib ki, istənilən danışıqlara kompleks şəkildə yanaşmaq lazımdır. 

 ABŞ prezidentinin xüsusi elçlsı Stiven Uitkoff isə, bildirib ki, guya tərəflər danışıqlarda kifayət qədər irəliləyiş əldə ediblər.

 Təəssüf ki, reallıqda-müharibə gedən ərazilərdə və ümumiyyətlə cəbhədə bu "irəliləyişlər" nəinki hiss olunmur, əksinə gündəlik xəbərlərdə oxuyuruq ki, Rusiya Ukraynanın, Ukrayna isə Rusiyanın şəhərlərinə, hərbi və strateji obyektlərinə zərbələr endirir. 

 Görünən odur ki, artıq kütləvi informasiya vasitələridə  5-ci ilə keçən üzücü müharibədən "yorulub". Artıq demək olar ki, raket, avia və dron zərbələri zamanı və ümumiyyətlə cəbhə bölgəsində həlak olan həbiçilər və mülki vətəndaşların sayları barədə məlumat verilmir. 

 Yəni, siyasilərin nə vaxtsa dedidikləri "adi həyatda bir nəfərin ölümü faciə sayılır, müharibədə minlərllə insanın ölümü statistika" deyimi öz yerini tapır.

 Rüstəm Hacıyev