adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
21 Aprel 2020 09:43
31467
ŞOU-BİZNES

Üç müğənni, üç müxtəlif fikir: Yardım etmək...

"Karantinzamanı imkansız insanlara yardım" kampaniyasına qoşulan məşhurların sayı artıb.

Adalet.azxəbər verir ki, Əməkdar artist Vasif Məhərrəmli insanlara yardım məqsədilə ərzaqlaralıb. Sonra isəsənətçi ərzaq qutularının üstünə "Əməkdar artistVasif Məhərrəmli" sözlərini yazdırıb. Bu isə izləyicilərin tənqidinə səbəbolub.

"Əməkdarartisti yazmasaydınız, tam olmazdı" deyə, rəy yazan izləyici gözləmədiyireaksiya ilə qarşılaşıb. V.Məhərrəmli ona söyüşlə cavab verib. Həmçinin,yardımla bağlı video çəkdirən sənətçinin rolikdə Qazaxdakı villasını nümayiş etdirməsidə sosial şəbəkə istifadəçilərində qıcıq yaradıb. Onlar ifaçıya "Yardımetmək evlərini, maşınlarını reklam etməyin təzə yoludur" kimi şərhləryazıblar.

Qeydedək ki, V.Məhərrəmli bundan öncə də bir neçə dəfə onu tənqid edən izləyicilərinətəhqiredici ifadələr yazıb.

VasifMəhərrəmlinin adıgedən qalmaqalından sonra müğənniNigar Camalınaçıqlaması diqqətləri cəlb edib. İzləyicilər sənətçinin paylaşımında onuninsanlara yardım etməməsini qınayıblar. O, sosial şəbəkədə ünvanınayazılan iradlara cavab verib, eyni zamanda etdikləri yardımı çəkib paylaşanlarıda tənqid edib:

"Niyə? Axı video çəkib paylaşmaq düzgün deyil. Bu, həm də həmin ailələrə qarşıyanlışdır. Bəlkə, problemləri olduğunu kiminsə bilməsini istəmirlər. Hansısakanalın yardım kampaniyası olsaydı paylaşardım. Amma ailələrə kömək edərkənbunu sosial şəbəkədə paylaşmaq reklam kimi çıxır".

Nigar Camal eyhamı konkret kimə ünvanladığınıaçıqlamasa da Vasif Məhərrəmlinin məlum qalmaqalından az sonra paylaşımı həyatakeçirib.

Yerigəlmişkən, Əməkdar artist Mətanət İsgəndərli "Bizimləsən" verilişindəmaraqlı açıqlaması ilə yadda qalıb. O, son günlər koronavirus infeksiyasına görəçalışmayan ailələrə ərzaq yardımı edərkən ona gələn zənglərdən danışıb:

"Mənəyığıblar ki, darvazam köhnədir onu düzəltdirin. Deyirəm, ac olan ailələr var,siz nə danışırsınız, darvaza vaxtıdır?".

İsgəndərlibildirib ki, toy məclisləri olmadığı üçün pulu qurtarıb:

"Evdəüç körpə uşaq var. Xəstə anam, atam... Toy da yoxdur, artıq pulum tükəndi. İndioğlumun əlinə baxıram. Dəmiryolunda çalışır. Maaş alır gətirir, biz də onladolanırıq.

Birgündə mənə 500 adam yardım üçün zəng etdi. Onların hamısına kömək edə bilərəm?Mənə dəstək oldular, mən də yardım etdim".

Beləcə, müğənnilərimizin fərqli fikirləriizləyicilərtərəfindən müxtəlif reaksiyalara səbəb olub.

Əntiqə Rəşid