Üç ildə 7 tondan çox narkotik dövriyyədən çıxarılıb
Son 3 ildə 7 ton 213 kiloqram (20196 fakt üzrə 7156 satış, 11800 saxlama, 986 əkin, 254 digər) müxtəlif növ narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.
Adalet.az xəbər verir ki, bunu Daxili İşlər Nazirliyi mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev bildirib.
Onun sözlərinə görə, sözügedən müddətdə 590 kiloqram psixotrop maddə və 70 tondan çox kultivasiya edilmiş çətənə kolları dövriyyədən çıxarılıb.
O qeyd edib ki, üç il ərzində 1 ton 328 kiloqram narkotik vasitənin qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilməsinin qarşısı alınıb.
"Qanunsuz dövriyyədən çıxarılmış narkotik vasitələrin 3 ton 216 kiloqramını marixuana, 2 ton 916 kiloqramını heroin, 586 kiloqramını tiryək, 41 kiloqramını həşiş, 455 kiloqramını isə digər narkotik vasitələr təşkil edib".
Digər Xəbərlər
23 Sentyabr 2026 13:25
Bərdədə “Kalaşnikov” avtomatı və 29 patron aşkarlandı
22 Sentyabr 2026 16:05
Evdən pul dolu seyfi oğurlayan şəxslər qandallandılar
22 Sentyabr 2026 11:45
Polis əməkdaşlarına silahlı müqavimət göstərən şəxs zərərsizləşdirildi
22 Sentyabr 2026 09:36


Bakı -°C

