Müharibənin bumeranq effekti: Rusiya öz yanacaq qıtlığında boğulur
“Müharibənin elə qırılma nöqtələri olur ki, onlar cəbhədə hansısa kəndin alınmasından daha böyük geostrateji və iqtisadi nəticələr doğurur. Ukrayna Ordusunun son aylarda Rusiyanın dərinliyində yerləşən Kapotnya, Slavyansk, Yaroslavl və Tuapse kimi strateji neft emalı zavodlarına endirdiyi sistemli dron zərbələri məhz belə bir mərhələnin başlanğıcıdır”.
Adalet.az xəbər verir ki, bunu jurnalist İbrahim Nəbioğlu deyib.
O, bildirib ki, dünyanın ən böyük enerji ixracatçılarından biri, iqtisadi və siyasi gücünü neft və qaz üzərində quran bir dövlət indi öz daxilində ciddi logistik və struktur böhran yaşayır:
“Rəsmi təbliğatın "hər şey nəzarət altındadır" bəyanatlarının arxasında gizlənən mənzərə artıq Rusiyanın onlarla regionunda açıq görünür. Ölkə neft emalı gücünün dörddə birindən çoxunu itirib. Bunun nəticəsi təkcə hərbi texnikaya deyil, mülki həyata da ağır təsir göstərir. Yanacaqdoldurma Məntəqələrində Uzanan Növbələr. Krımdan Krasnodara, Rostovdan Sibirin dərinliklərinə qədər yanacaqdoldurma məntəqələrində sovet dövrünün çörək növbələrini xatırladan uzun avtomobil karvanları yaranıb. Benzin və dizel satışı bir çox yerdə limitləşdirilib. Qiymətlərin inzibati üsullarla saxlanılması isə qara bazarın genişlənməsinə və yanacaq qıtlığının daha da dərinləşməsinə səbəb olur”.
Onun sözlərinə görə, logistika zəncirinin pozulması və ərzaq problemi Rusiyanın daxili yükdaşımalarının əsas hissəsi ağır tonnajlı yük maşınları ilə həyata keçirilir:
“Dizel çatışmazlığı bu sistemi birbaşa vurub. Nəticədə ərzaq və gündəlik tələbat mallarının bölgələrə çatdırılması ləngiyir, mağazalarda boş rəflər görünür, vaxtında daşınmayan məhsullar xarab olur. Bu proses inflyasiya təzyiqini də artırır. Ən Ağır Zərbə: kənd təsərrüfatı. Ən ciddi problemlərdən biri kənd təsərrüfatında yaşanır. Biçin mövsümünün ən gərgin günlərində bir çox fermer kombayn və traktorlarını işlətmək üçün dizel tapa bilmir. Vaxtında yığılmayan məhsul tarlalarda məhv olur. Bu artıq yalnız iqtisadi itki deyil, yaxın aylarda ölkənin ərzaq təhlükəsizliyi üçün real riskdir. Dünyanı ərzaq böhranı ilə hədələyən bir dövlət indi öz taxılını toplamaq üçün yanacaq çatışmazlığı yaşayır. Müharibə artıq uzaq cəbhələrdə deyil. O, rus vətəndaşının gündəlik həyatına daxil olub: doldurula bilməyən avtomobil baklarında, boşalan mağaza rəflərində və tarlalarda qalan məhsulda. Başqasının torpağında yandırılan alov sonda bumeranq kimi geri qayıdır və təcavüzkarın öz iqtisadi dayaqlarını sarsıdır. Sizcə, iqtisadiyyatın belə fundamental sahələrinin hədəfə alınması müharibənin yekununu nə dərəcədə sürətləndirə bilər?”.
Vasif
Digər Xəbərlər
02 Iyul 2026 12:31
Zakir Həsənov: BMT və NATO-keçirdiyi əməliyyatlarda Azərbaycan Ordusunun iştirak imkanları araşdırılır
02 Iyul 2026 11:15
“Bu görüş göstərir ki, Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı enerji ilə məhdudlaşmır”
02 Iyul 2026 10:39
“Son qoyun bu Avropanın ikili standart siyasətinə, cənab Şvabe”
02 Iyul 2026 10:24
Prezident Türkiyənin ədliyyə nazirini qəbul etdi - FOTOLAR
02 Iyul 2026 10:08
“Lukaşenko Rusiya-Ukrayna müharibəsində neytrallığını qoruya bilməyəcəksə...”
02 Iyul 2026 09:44
Avropa Komissiyasının Prezidentinin Azərbaycana səfəri başa çatdı
01 Iyul 2026 20:18
Azərbaycan–Aİ tərəfdaşlığı yeni üfüqlərə doğru irəliləyir - Hikmət Hacıyev
01 Iyul 2026 20:02


Bakı -°C

