adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
22 Noyabr 2014 18:00
12462
MƏDƏNİYYƏT

Turkvizyon 2014 mahnı müsabiqəsinin qalibi Qazaxıstan oldu

Turkvizyon2014 mahnı müsabiqəsinin qalibi qazaxıstanlı müğənni Zanar Duqalova olub.Adalet.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Tatarıstanın Kazanşəhərində baş tutmuş müsabiqədə Z. Duqalova 225 xalla qalib gəlib. İkinci yeriisə 201 xalla tatar Aydar Süleyman qazanıb. Vokalistlərin səslərini münsiflərheyətində hər türkdilli xalqdan təmsil olunan nümayəndə dəyərləndirib.

Finalda15 iştirakçı çıxış edib. Azərbaycan bu yarışda "Azərbaycanın səsi”yarışmasının qalibi Elvin Ordubadlı ilə təmsil olunub. O, müsabiqədə Türkiyədənolan Ayşə Birgül Yılmaz və əməkdar artist Elza Seyidcahanın yazdığı "Nəhənglərintənhalığı” adlı mahnı ilə çıxış edib.

Qeydedək ki,  Turkvizyon Eurovisionyarışmasına alternativ olaraq yaradılıb. İlk müsabiqə ötən il TürkiyəninEskişehir şəhərində keçirilmişdi.