Türkoloq Elməddin Əlibəyzadə ölüb
Görkəmli türkoloq alim, filologiya elmləri doktoru, professor Elməddin Əlibəyzadə martın 26-da vəfat edib. Bu barədə "Azadlıq" qəzeti məlumat yayıb.
O, İslamaqədərki Azərbaycan mədəniyyəti (şumer mədəniyyəti), Azərbaycan-Şumer mədəniyyətinin ümumi mənşəyi problemi, dünya və əsasən Azərbaycan yazı mədəniyyətinin yaranması və inkişafı, Yenisey abidələrinin tərtibi prinsiplərinin müəyyənləşdirilməsi, Azərbaycan-türk bədii təfəkkürünün xüsusiyyətəri, dünya dinlərinin mənşəyi və təsir dairələri, ilk dini-ədəbi abidə olan "Avesta", onun tarixi kökləri və b. məsələlərin tədqiqi ilə ömrünün sonunadək məşğul olub.
Görkəmli alim "Avesta” Azərbaycan xalqının mənəvi mədəniyyət tarixidir”, "Azərbaycan dilinin tarixi”, "Azərbaycan xalqının mənəvi mədəniyyət tarixi (islamaqədərki dövr)”, "Qədim dünyamızın ulu kitabı” "Azərbaycanşünaslığa giriş” və başqa çoxsaylı elmi əsərlərin müəllifidir.
Elməddin Məhəmməd oğlu Əlibəyzadə 5 noyabr 1925-ci ildə Oğuz rayonunun Muxas kəndində anadan olub. Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) filologiya fakültəsini bitirib. Ömrünün sonuna kimi AMEA-nın N.Gəncəvi adına Ədəbiyyat İnstitutunda işləyib.
Digər Xəbərlər
03 May 2024 17:24
"Xoreoqrafiya sənətinin aktual problemləri"nə həsr olunmuş III Beynəlxalq simpozium keçirilib
03 May 2024 16:01“Uğurun Zirvəsi 2” tədbiri keçirilib - FOTOLAR
03 May 2024 11:27İçərişəhərə giriş məhdudlaşdırılacaq
01 May 2024 11:14Bakı Xoreoqrafiya Akademiyası buraxılış-hesabat konserti keçirib
01 May 2024 11:12