adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
24 Fevral 2020 18:27
11453
DÜNYA

Türkmənistandan İrana xəbərdarlıq: “Sərhədi keçən iranlılar silahla vurulacaq”

Türkmənistan İranla sərhədlərini bağlayıb.

Hronikatm.com-un yaydığı xəbərə görə, buna səbəbİranda yayılan koronavirus təhlükəsidir.

İranla sərhəddəki Kaaxka və Qızıl Arvata sərhəd-keçid məntəqələrində sərhədçilərqoruyucu tibbi maska və respiratorlar istifadə edirlər.

Türkmənistan rəsmiləri tərəfindənİran səfirliyinə bildirilib ki, vətəndaşları neytral zonadan keçməsinlər.

Qanunu pozaraq sərhədi keçən iranlıların silahla vurulacağı xəbərdarlığı edilib.

Xatırladaq ki, İranda koronavirusun yayılması səbəbi ilə Azərbaycan, Türkiyə, Gürcüstan, Əfqanıstan, İraq və Ermənistan bu ölkə ilə dövlət sərhədlərini bağlayıb.