adalet.az header logo
  • Bakı -°C
13 Noyabr 2025 23:13
76
DÜNYA
A- A+

Türkiyənin radardan itən təyyarəsinin qalıqları tapıldı - Pilot həlak olub + YENİLƏNİB

Xorvatiyada Türkiyəyə məxsus yanğınsöndürmə təyyarəsinin qalıqları tapılıb.

Adalet.az xəbər verir ki, pilot həlak olub.

 

22:51

Türkiyənin yanğınsöndürmə təyyarəsi ilə radio əlaqəsi kəsilib.

Adalet.az xəbər verir ki, bu barədə Türkiyənin Kənd və Meşə Təsərrüfatı Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Nazirliyin Təsərrüfatı Baş İdarəsinə məxsus iki "AT8022 yanğınsöndürmə təyyarəsinin texniki baxış üçün Xorvatiyaya uçub.

Nazirlik qeyd edib ki, iki təyyarə planlaşdırılan texniki baxış çərçivəsində Çanaqqaladan Xorvatiyanın Zaqreb şəhərinə yola düşüb, lakin əlverişsiz hava şəraiti səbəbindən gecəni Reyka Hava Limana düşüb.

"Təyyarə bu gün Türkiyə vaxtı ilə saat 17:38-də Zaqreb Hava Limanına yenidən havaya qalxıb və əlverişsiz hava şəraiti səbəbindən geri qayıdıb. Təyyarələrimizdən biri geri dönüş zamanı Reyka Hava Limanına eniş edib, digər təyyarə ilə radio əlaqəsi Türkiyə vaxtı ilə saat 18:25-də kəsilib", - deyə nazirlik bildirib.

Nazirlik təyyarəni və növbətçi pilotu tapmaq üçün Xorvatiya hakimiyyəti ilə koordinasiyalı şəkildə axtarış-xilasetmə işlərinə başlandığını açıqlayıb.

Qeyd edək ki,  Türkiyənin Xorvatiyadakı səfiri Nurdan Erpulat Altuntaş hadisə yerinə yollanıb.