adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
18 Oktyabr 2021 15:21
978
GÜNDƏM

Türkiyənin Milli Müdafiə Nazirliyi Azərbaycanı təbrik edib

Türkiyənin Milli Müdafiə Nazirliyi Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edib.

Adalet.az bu barədə nazirliyin "Twitter" səhifəsinə istinadən məlumat verir.

Təbrikdə deyilir: "Dost və qardaş ölkə Azərbaycanı müstəqilliyini yenidən qazanmasının 30-cu ildönümü münasibətilə təbrik edirik, azərbaycanlı qardaşlarımıza birlikdə və bərabər olacağımız güclü gələcək arzulayırıq".