adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
11 May 2020 10:00
40193
DÜNYA

TÜRKİYƏNİN HALINI GÖZÜNÜZÜN QABAĞINA GƏTİRİN

Deməli, Türkiyədə həftənin son günləri (4 gün) küçəyəçıxmaq qəti qadağan edilir. Həftənin birinci günü isə hamı küçələrdədi. Nə maska taxırlar, nə də ara məsafəsini gözləyilər. Alış-veriş mərkəzləri də işləyir.

Nəticədə son bir həftədə xəstələnənlərin sayıiki dəfə artıb. Əgər bir həftə əvvəlbir gündə 1600 nəfərdə koronavirusaşkar edilirdisə, indi isə gündə 2800 nəfərdə bu xəstəlikaşkar edilib. Bunların səbəbitəbii ki, kurallara uymamaqdı.

İndi bizdə də yumşalma başlayandan çöl-bayır dolub-daşır. İşiolan da, olmayan da küçələrdədi.

Ay əmioğlu, ay dayıoğlu, ayxalaoğlu, ay əmi, dayı, vacib işin yoxdusa, çöldə-bayırda nə gəzirsən? Və özünə zülmedirsən, qanunları da pozursan.Belə getsə, koronavirusun yayılma ərazisi genişlənər və hökumət məcbur olubnövbəti yumşalmaya getməz.

Evdə qal deyirlər, evdə qal da!Çölə qoz-fındıq tökülməyib ey, koronavirus tökülüb.