adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
04 Sentyabr 2018 16:13
9364
SİYASƏT

Türkiyənin Gəncə şəhərinə yeni baş konsulu təyin edilib

Xarici İşlər Nazirliyinin (XİN) Dövlət Protokolu İdarəsinin rəisi səfir Pərvin Mirzəzadə Türkiyənin Gəncə şəhərinə təyin edilmiş yeni baş konsulu Zəki Öztürkü qəbul edib.

XİN-dən Adalet.az-a verilən məlumata görə, görüş əsnasında Z.Öztürk baş konsul təyinatı ilə əlaqədar patent sənədini P.Mirzəzadəyə təqdim edib.

P.Mirzəzadə Z.Öztürkə gələcək fəaliyyətində uğurlar arzu edib.

Görüşdə Azərbaycan ilə Türkiyə arasında mövcud dostluq və qardaşlıq münasibətləri, bu əlaqələrin daha da inkişaf perspektivləri barədə geniş fikir mübadiləsi aparılıb.