Türkiyənin beynəlxalq axtarışa verdiyi şəxs Azərbaycanda həbs olundu

Türkiyə Respublikasının səlahiyyətli orqanları tərəfindən quldurluq cinayət əməlini törətməkdə təqsirli bilinərək beynəlxalq axtarışa verilmiş 1994-cü il təvəllüdlü həmin ölkənin vətəndaşı Kazan Anıl İbrahimin verilməsinə dair Türkiyə Respublikasının səlahiyyətli orqanlarının vəsatəti baxılması üçün Baş Prokurorluq tərəfindən Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Adalet.az xəbər verir ki, Kazan Anıl ölkəmizdə müəyyən edilərək barəsində həbs qətimkan tədbiri seçilib.
"Ekstradisiya haqqında" 13 dekabr 1957-ci il tarixli Avropa Konvensiyasına uyğun olaraq Kazan Anılın barəsində qərar qəbul edilərək, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Türkiyə Respublikasının səlahiyyətli orqanlarına təhvil verilib
Digər Xəbərlər

DİN-dən əməliyyat - Saxlanılanlar var

Xankəndidə yanğın törədən şəxs həbs edildi

Aptekdən oğurluq etdi

Prokurorluq məsciddə öldürülən şəxslə bağlı məlumat yaydı - VİDEO + YENİLƏNİB

Lerikdə əməliyyat - 20 kq narkotik aşkarlandı

DİN BNMİ əməliyyat keçirdi: 42 kq narkotik vasitə aşkar olundu - VİDEO

Gömrükçülər növbəti dəfə brilyant qaşlar aşkar etdi
