Türkiyəli nazir Azərbaycanla ticarətdən danışdı
"Türkiyə ilə Azərbaycan arasında ticarət dövriyyəsinin yenidən artırılması zəruridir”.
Adalet.az APA-ya istinadən xəbər verir ki, bunu İstanbulda təşkil olunan V Türkiyə-Azərbaycan-
Gürcüstan biznes forumundakı çıxışında Türkiyənin elm, sənaye və texnologiya naziri Faruk Özlü deyib.
Çıxışına azərbaycanca "hər şeyin təzəsi, dostun köhnəsi” sözləri ilə başlayan nazir dünyada baş verən iqtisadi böhrana baxmayaraq, Türkiyə iqtisadiyyatının 2009-cu ildən 2016-cı ilin III rübünə qədər sabit şəkildə inkişaf etdiyini bildirib.
O, keçən ilin III rübündə baş verən iqtisadi azalmanın ümumilikdə dünyadakı qeyri-stabil vəziyyətdən irəli gəldiyini vurğulayıb.
2015-ci ildə Türkiyədə ixracın 141 milyard dollar, idxalın isə 198 milyard dollar təşkil etdiyini xatırladan F.Özlü 2016-cı ildə Azərbaycanla ticarət dövriyyəsinin azalaraq 2,4 milyard dollara düşdüyünü qeyd edib.
Nazir bu istiqamətdə müxtəlif səpkili müzakirələrin aparıldığını qeyd edib. Bunlardan biri də ticarət dövriyyəsinin milli valyutalarda aparılmasıdır: "2016-cı ildə Türkiyənin xarici ticarət dövriyyəsinin 6,5%-nin türk lirəsi ilə həyata keçirilib. Bu rəqəmi daha da artırmaq istəyirik”.
Nazir milli valyutalarla ticarətin aparılacağı təqdirdə, iş adamlarının məzənnə fərqlərindən zərər görməməsi üçün lazımi qərarların qəbul ediləcəyini bildirib.
Digər Xəbərlər
04 May 2024 14:08
İlham Əliyevdən Xankəndi ilə bağlı SƏRƏNCAM
03 May 2024 20:04Numan Kurtulmuş: Fransa Milli Assambleyasının qərarı Türkiyənin layiq olmadığı ciddi ittihamdır
03 May 2024 16:47XİN-dən Böyük Britaniya səfirinə CAVAB: Mediamız azad, demokratikdir
03 May 2024 13:36Kristina Kuin erməniləri sevir, görən Mark Libbi bizi niyə sevmir?
03 May 2024 12:20