adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
20 Iyun 2017 13:19
10496
DÜNYA

Türkiyə-İran sərhədində partlayış - 2 azərbaycanlı yaralanıb

Türkiyə ilə İran sərhədində Kiçik Ağrı Dağı ərazisində mina təmizlənməsi zamanı partlayış baş verib.

Adalet.az "Haber7"yə istinadən xəbər verir ki, partlayış nəticəsində iki Az'rbaycan vətəndaşı yaralanıb.

Məlumata əsasən 35 yaşlı Azərbaycan vətəndaşı Razi Aslanov və 38 yaşlı Ruslan Abişov çıxardıqları minaları təhlükəsiz əraziyə apararkən partlayış olub.

R.Aslanov əl və gözündən, R.Abişov isə ayaq və bədəninin müxtəlif nahiyyələrindən yaralanıb. Hadisə yerində edilən müdaxilədən sonra yaralılar İğdır Dövlət Xəstəxanasına yerləşdirilib.

Məlumata görə, həmin ərazilərin minalardan təmizlənməsi ilə Türkiyə, Azərbaycan və Mozambik mütəxəssisləri məşğul olur.

Faktla bağlı araşdırma aparılır.(azvision)