adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
01 Fevral 2016 00:07
8561
DÜNYA

Türkiyədən PKK-ya növbəti ağır zərbə - 5 terrorçu məhv edildi

Türkiyənin iki vilayətində keçirilən əməliyyatlar nəticəsində PKK terror təşkilatına ağır zərbələr vurulub.

Adalet.azxəbər verir ki, Türkiyə Silahlı Qüvvələrinin əməliyyatları Şırnak vilayətinin Cizrə şəhərində və Diyarbəkir vilayətinin Sur şəhərində həyata keçirilib. Hər iki şəhərdə son bir neçə həftədir PKK terror təşkilatına qarşı əməliyyatlar keçirilir. Şəhərləri ələ keçirən terrorçular dinc sakinləri girov kimi götürüblər.

Türkiyə Silahlı Qüvvələrindən Cizrədəki terror hücumundan sonra çıxan qarşıdurmada ölü ələ keçirilən terroçu sayının 5 olduğu bildirilib. Türkiyə hərbçiləri bu şəhərdə şəhid olmuş polislərin intiqamının alındığını bildirblər.

Diyarbəkirin Sur şəhərində isə PKK-nın təhlükəsizlik güclərinə qarşı başladığı hücumdan sonra terror təşkilatının 3 nöqtədə saxladığı sursat və silahlar ələ keçirilib. Ələ keçənlər arasında uzunlüləli silahlar, qumbaraatanlar və bomba qurğuları olub.