Türkiyədə zəlzələdə ölənlərin sayı 9 057 nəfərə çatıb - YENİLƏNİB

Türkiyədə zəlzələdə həlak olanların sayı 9057 nəfərdir.
Adalet.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
O qeyd edib ki, zəlzələ nəticəsində 52 979 nəfər xəsarət alıb, 6444 bina dağılıb.
***
Türkiyədə zəlzələdə həlak olanların sayı 8574 nəfərdir.
Adalet.az xəbər verir ki, bu barədə Kahramanmaraşa səfər edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
O qeyd edib ki, zəlzələ nəticəsində 49 133 nəfər xəsarət alıb, 6 444 bina dağılıb.
***
Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 7108-ə yüksəlib.
Adalet.az-ın məlumatına görə yararlıların sayı isə 40910-a çatıb.
***
Türkiyədə güclü zəlzələ nəticəsində ölənlərin sayı 6957 nəfərə çatıb.
***
Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 6234-ə yüksəlib.
Adalet.az xəbər verir k, bu barədə Türkiyə KİV-i məlumat yayıb.
***
Türkiyədə zəlzələdə ölənlərin sayı 5 894 nəfərə çatıb, 34 810 nəfər yaralanıb.
Adalet.az xəbər verir ki, bunu Türkiyənin vitse-prezidenti Fuad Oktay bildirib.
Onun sözlərinə görə, zəlzələ nəticəsində 5 775 bina dağılıb.
“Dağıntılar altından 8 mindən çox şəxs sağ çıxarılıb. Axtarış-xilasetmə fəaliyyətlərimiz davam edir. Bu işlərə faktiki olaraq 6 218 nəfər təyin edilib və işləyir. Axtarış və xilasetmə qruplarına təxminən 1500 əlavə şəxs cəlb ediləcək”.
Qeyd edək ki, fevralın 6-da baş vermiş dağıdıcı zəlzələ Türkiyənin 10 vilayətində 13,5 milyon insana təsir göstərib. Zəlzələ bölgəsinə 65 ölkədən yardımlar göndərilib. İlk kömək əlini uzadan Azərbaycan olub.
Digər Xəbərlər

Ukrayna onları Rusiyadan geri aldı

Qəzzada ölənlərin sayı 65 mini keçdi

Rusiyanın Prezident Administrasiyasında istefa

Trampın təyyarəsi təhlükə ilə üzləşib - VİDEO

Putin Modi ilə danışdı: Bu tarixdə Hindistan səfəri...

Zelenski ABŞ-yə səfər edəcək

Avropa Komissiyası HƏMAS-ın 10 nümayəndəsinə qarşı sanksiyalar təklif edib
