adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7
07 Fevral 2023 22:45
362
DÜNYA

Türkiyədə güclü zəlzələ - 5 434 ÖLÜ - YENİLƏNİB

Türkiyədə zəlzələdə ölənlərin və yaralananların sayı artıb.

Adalet.az xəbər verir ki, son məlumata görə, 5 434 nəfər həyatını itirib, 31 777 nəfər xəsarət alıb.

***

Türkiyədə baş verən şiddətli zəlzələ zamanı ölənlərin sayı durmadan artır. 

Adalet.az xəbər verir ki, zəlzələdə həyatını itirənlərin sayı 4544-ə yüksəlib. 

Yaralılar isə 26 min 721 nəfərə çatıb. 

***

Türkiyədə baş verən şiddətli zəlzələ zamanı ölənlərin sayı yenidən artıb. 

Adalet.az xəbər verir ki, zəlzələdə həyatını itirənlərin sayı 3 min 703-ə yüksəlib.

Yaralılar isə 22 min 286 nəfər qeyd olunur.

***

Türkiyədə baş verən şiddətli zəlzələ zamanı ölənlərin sayı yenidən artıb. 

Adalet.az xəbər verir ki, bu barədə Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğan xalqa müraciəti zamanı açıqlayıb. 

Ölkə liderinin sözlərinə görə, hazıra ölü sayı 3 549 nəfərə çatıb. 

"Təəssüf ki, ölən və yaralananların sayı artır. Hazırda 3 549 ölü və 22 168 yaralı var. Ən böyük təsəllimiz odur ki, 8000-dən çox vətəndaş dağıntılar altından xilas edilib", - Ərdoğan qeyd edib. 

***

Türkiyədə fevralın 6-da baş verən zəlzələ nəticəsində ölənlərin sayı 3 432-yə çatıb.

Adalet.az xəbər verir ki,  bu  barədə Türkiyə  mətbuatı məlumat yayıb. 

 

***

Türkiyədə zəlzələdə həyatını itirənlərin sayı 3 419 nəfərə çatıb. 

Adalet.az xəbər verir ki,  bu  barədə Türkiyə  mətbuatı məlumat yayıb. 

***

Türkiyədə zəlzələdə həyatını itirənlərin sayı 3381 nəfərə yüksəlib.

Adalet.az xəbər verir ki, bu  barədə Türkiyə  mətbuatı məlumat yayıb. 

 

***

Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 2379 nəfərə catıb.

Adalet.az xəbər verir ki, bu barədə Türkiyə Cümhuriyyətinin Vitse-prezidenti Fuat Oktay məlumat verib.

Onun sözlərinə görə, yaralıların sayı isə 14483 nəfərdir.

 

***

Türkiyədə baş verən güclü zəlzələdə ölən və yaralananların sayı artır.

Adalet.az xəbər verir ki, bu barədə Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) məlumat yayıb.
Son məlumatlara görə, 2316 nəfər ölüb.

Yaralı sayı isə 13 293 nəfər qeydə alınıb.

Dağılan binaların sayı 6217 olub.

 

***

Türkiyədə baş verən güclü zəlzələdə ölən və yaralananların sayı artır.

Adalet.az xəbər verir ki, bu barədə Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) məlumat yayıb.Bildirilib ki, təbii fəlakət nəticəsində ölənlərin sayı sayı 1762 nəfərdir.

Yaralı sayı isə 12 068 nəfər qeydə alınıb.

Dağılan binaların sayı 5606 olub.

***

Türkiyədə baş verən güclü zəlzələdə ölən və yaralananların sayı artır.

Adalet.az xəbər verir ki, son məlumatda yeraltı təkanlar nəticəsində ölənlərin sayının 1651-ə yüksəldiyi açıqlanıb.

***

Türkiyədə baş verən zəlzələ nəticəsində ölənlərin sayı 1 541-ə, yaralıların sayı isə 9 733-ə çatıb. 

Adalet.az xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin köməkçisi Fuat Oktay məlumat yayıb. 

O bildirib ki, yeraltı təkanlar nəticəsində 3 471 bina tamamilə dağılıb. 

***

Kahramanmaraşda baş verən 7,7 və 7,6 bal gücündə zəlzələlərdə həyatını itirənlərin sayı 1498-ə yüksəlib. Zəlzələlərdə 8 min 533 nəfər xəsarət alıb, 2 min 834 bina dağılıb.

Adalet.az xəbər verir ki, Kahramanmaraşın Pazarcık rayonunda baş verən 7,7 bal gücündə zəlzələdən sonraTürkiyəni sarsıdan zəlzələdən 9 saat sonra bu dəfə eyni bölgədə 7,6 bal gücündə daha bir zəlzələ baş verib.

Türkiyədəki təbii fəlakətlə əlaqədar beynəlxalq yardım üçün NATO və Aİ-dən başqa 45 ölkə yardım təklif edib. 

***

Türkiyədə zəlzələdə ölənlərin sayı 1121 nəfərə çatıb. 

Adalet.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, bu barədə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

 

***

Türkiyə Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) rəhbəri Orhan Tatar zəlzələdən həyatını itirənlərin sayını açıqlayıb.

O bildirib ki, son məlumata görə zəlzələ nəticəsində 1014 nəfər həlak olub.

***

Türkiyədəki zəlzələdə ölənlərin sayı 912 nəfərə çatıb. 

Adalet.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Onun sözlərinə görə, 5385 nəfər yaralıdır.

 

***

Türkiyədəki zəlzələdə ölənlərin sayı 284 nəfərə çatıb. 

Adalet.az xəbər verir ki, bunu Türkiyənin vitse-prezidenti Fuat Oktay jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, təbii fəlakət nəticəsində 2323 nəfər yaralanıb.

F.Oktay bildirib ki, 1710 nəfər dağıntılar altında qalıb.

 

***

Kahramanmaraşın Pazarcık rayonunda zəlzələ nəticəsində ölənlərin və yaralananların sayı artır.

Adalet.az xəbər verir ki, Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin məlumatına görə, zəlzələ nəticəsində ölənlərin 76 nəfərə çatıb.  Yaralıların sayı isə 440-dan çoxdur

***

08:27

Bu gün Türkiyənin cənub-şərqində baş verən 7,4 bal gücündə zəlzələ nəticəsində ölənlərin sayı artır.

Adalet.az bu barədə zəlzələ baş verən əyalətlərin balıqlarının paylaşımları a istinadən xəbər verir.

Belə ki, Diyarbəkir, Malatya, Osmaniye və Şanlıurfa əyalətlərinin valilərinin məlumatlarına görə, zəlzələ nəticəsində 51 nəfər həyatını itirib.