Türkiyədə şəhid prokuror dəfn edilir - Video
Prokuror Mehmet Səlim Kiraz bu gün İstanbulda dəfn edilir.
Ədliyyə binasının həyətində dəfn mərasimi keçirilib.
Mərasimə çoxsaylı insan gəlib. Prokurorun həmkarları mərasimdə ön cərgələrdə yer alıb. İstanbulun Baş prokuroru Hadi Salihoğlu çıxış edib və hücumu pisləyib. Ədliyyənin binasında"Şəhidlərimizi unutmayacağıq, Allah rəhmət eləsin, ruhun şad olsun"yazılı bir plakat və böyük Türk bayrağı asılıb.
İzmir Məhkəməsinin Baş Prokuroru Cəlal Kocabaş çıxışı zamanı xeyli göz yaşı töküb. Bu təcavüzün Türk dövlətinə qarşı yönəldiyini deyən Cəlal sözlərinə belə davam edib:"Dövlətimizi, məhkəməmizi məhv etmək istəyirlər, amma biz buna qarşı çıxacağıq. Deyəcək söz tapmıram. Arxada bir xanım, iki övlad qaldı. Ruhuna "Fatihə” deyək. Allah məkanını cənnət eləsin".
Dəfn mərasimində İzmirin Baş Prokuroru Mustafa Doğru, prokurorlar, hakimlər, vəkillər və ədliyyə işçiləri iştirak edib.
Digər Xəbərlər
02 May 2024 12:24
Rəcəb Tayyib Ərdoğan səkkiz il sonra CHP lideri ilə görüşəcək
02 May 2024 11:20Kolumbiya İsraillə diplomatik əlaqələri kəsir
02 May 2024 11:18Qərblə Rusiyanın "qarşıdurması" Gürcüstanın başında çatlayacaq...!?
02 May 2024 09:44Ermənistan polisi Azərbaycanla şərti sərhəddə əməliyyat keçirib: Çox sayda saxlanılan var
02 May 2024 09:10