10 Iyun 2025 15:24
264
İDMAN

Türkiyədə səs salan Qazaxlı boks çempionu - FOTOLAR

Osmanlı Həsən Göyüş oğlu 2002-ci ildə Qazax rayonunun Daş Salahlı kəndində anadan olub.

2008-ci ildə Daş Salahlı kənd orta məktəbinin 1-ci sinifinə  daxil olub, 2019-cu ildə həmin məktəbi bitirib. 2019-cu ildə Türkiyənin On doqquz Mays  Universitetinin idman elmləri fakultəsinin tələbəsidir. Müntəzəm olaraq  7 yaşından boksla məşğul olur.

Əvvəllər Azərbaycan Ordu İdman Klubunun  tərkibində çıxış edib. Boks üzrə Azərbaycan birinciliyində 75 kq çəkidə 2-ci və 3-cü  yerləri qazanıb. 2019-cu ildən sonra Türkiyədə tələbələr arasında 1-ci yeri tutaraq  çempion olub.Daha sonra  Türkiyə çempionatında U-22  80 və 86 kq-da bir dəfə  ikinci yeri, bir dəfə də üçüncü yeri tutub. 2023-cü ilin  dekabr ayında isə  Türkiyə çempionatında Böyük Erkəklər arasında çempion olub.

Türkiyədə  vətəndaşlığı olmadığı üçün Avropa çempionatına aparmadılar. Mənim yerimə finalda nokauta saldığım Emre Yaşarı Avropaya apardılar və çempion  oldu.Hazırda Azərbaycan Ordusunda xidmət etmək arzusundadır. İstəyir ki, İdman formasından düşməsin və Ordu İdman Klubunun tərkibində idman kariyerasını davam etdirsin. Yəqin ki, onun bu arzusuna Boks Federasiyası və əlaqədar təşkilatlar da müsbət münasibət bildirəcəklər.

 

Osmanov Akif