Rodriqo "Arsenal"ın hədəfində
"Real"ın futbolçusu Rodriqo Qoes karyerasını İngiltərədə davam etdirə bilər.
Adalet.az xəbər verir ki, London "Arsenal"ı hazırda "Real"ın vingerini transfer etməyə çalışan yeganə klubdur.
"Topçular”ın baş məşqçisi Mikel Arteta braziliyalının oyununu diqqətlə izləyib. Mütəxəssis Rodriqonun mövsümlərarası fasilədə transfer edilməyini istəyir. Qeyd olunur ki, "Real" braziliyalının transferi üçün 100 milyon avro istəyəcək.
Rodriqo ötən mövsüm bütün yarışlarda 50 oyun keçirib, 13 qol vurub və 10 məhsuldar ötürmə edib. Onun klubla hazırkı əmək müqaviləsi 2028-ci ilin yayına kimi nəzərdə tutulub.
Digər Xəbərlər
10 Dekabr 2025 09:20
"Qarabağ" bu gün Bakıda "Ayaks"ı qəbul edəcək
09 Dekabr 2025 20:42
“Qarabağ” “Ayaks”la oyuna belə hazırlaşır - VİDEO
09 Dekabr 2025 20:03
Kiberpolisdən “Qarabağ” - “Ayaks” oyunu ilə bağlı əməliyyat - Saxlanılanlar var + VİDEO
09 Dekabr 2025 19:46


Bakı -°C

