Türkiyədə şəhidin dəfnində gülən şəxslərin kimliyi bilindi
Türkiyənin Muğla şəhərində şəhid Emrah Kuranın dəfn mərasimində gülən şəxslərin AK Parti Muğla Böyükşəhər Bələdiyyə Sədri namizədi Aydın Ayaydın və CHP Milas Bələdiyyə Sədri Fevzi Topuz olduğu məlum olub.
Adalet.az xəbər verir ki, görüntülər sosial şəbəkələrdə sürətlə yayılaraq kəskin tənqidlərə səbəb olub. Hadisədən sonra açıqlama verən Aydın Ayaydın bildirib ki, onun gülüşü yanındakı şəxslərin etdiyi zarafata reaksiyadır və şəhidə hörmətsizlik etmək məqsədi daşımayıb.
Ayaydın qeyd edib ki, ürək əməliyyatından sonra həkimlərin xəbərdarlığına baxmayaraq mərasimə qatılıb. "Namazın başlamasını gözləyərkən yanımdakı rəsmi şəxslərdən biri 'Ürəyinizi yeniləmisiniz, sahədə sizinlə başa çıxmaq daha da çətin olacaq' deyə zarafat etdi. Mən də refleks olaraq bir neçə saniyəlik gülümsədim. Beş saatlıq mərasimin yalnız bu qısa anını alıb şəhidimizə hörmətsizlik etmiş kimi göstərənləri vicdanları ilə baş-başa buraxıram," - deyə o, bildirib.
Xatırladaq ki, noyabrın 11-də Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus "C-130" hərbi yük təyyarəsi Gəncə hava limanından qalxdıqdan 27 dəqiqə sonra Gürcüstan ərazisində radarlardan itərək qəzaya uğrayıb. Qəza nəticəsində təyyarənin göyərtəsində olan heyət üzvləri daxil olmaqla 20 hərbçinin hamısı həlak olub./Milli.az
Digər Xəbərlər
16 Noyabr 2025 11:00
Türkiyə Qəzzaya hərbçi göndərəcək?
16 Noyabr 2025 10:11
Putin Pokrovskın işğalı üçün fürsəti qaçırdı - Zelenski
16 Noyabr 2025 10:00
ABŞ Cənubi Qafqaza diqqət göstərir - Hakan Fidan
16 Noyabr 2025 09:35
Əhməd Şaranın adı bu siyahıdan çıxarıldı
16 Noyabr 2025 09:10
Pxenyan Rusiyaya artilleriya tədarükünü kəskin azaltdı - Səbəb
16 Noyabr 2025 09:05
Azərbaycan səfirliyinə raket düşməsi ilə bağlı Moskvadan daha bir açıqlama
15 Noyabr 2025 18:13
Atom və nüvə bombası fərqi: İnsanlığı titrədən gücün sirri
15 Noyabr 2025 11:49


Bakı -°C

