adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
17 Sentyabr 2014 01:27
5277
SİYASƏT

Türkiyədə Qarabağla bağlı sərgi keçiriləcək

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası və Türk Strateji Araşdırmalar Mərkəzinin (TÜRKSAM) təşkilatçılığı ilə Ankarada "Qarabağda üç nəsil, bir soyqırımı” adlı sərgi keçiriləcək.

Sentyabrın 17-də açılacaq sərgidə Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməmişdən əvvəl və işğaldan sonrakı vəziyyətini əks etdirən fotolar və digər əyani vəsaitlər nümayiş olunacaq, iştirakçılara Azərbaycan həqiqətlərinə dair kitab və jurnallar paylanacaq.

Sentyabrın 20-dək davam edəcək sərginin sonunda mövzu ilə bağlı elmi konfrans keçiriləcək.

Eyni adlı sərgi İstanbulda, Belçikada və Hollandiyada da təşkil olunacaq.