adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
22 Iyul 2016 15:17
11669
ƏDƏBİYYAT

Türkiyədə oxuculara maraqlı səyahət hədiyyə olunur

Türkiyədəədəbiyyatsevərlər üçün maraqlı turlar təşkil edilir. Artıq ənənə halını almışbu turlarda oxucular sevdikləri əsərləri gerçəkdə hiss edə biləcəklər. Yəniəsərdə cərəyan edən hadisələr və onların baş verdiyi yerlərə səyahətlər təşkilolunacaq. Türkiyənin 4 tanınmış yazıçısı Tuna Kirəmitçi, Ayşə Kulin, YektaKopan və Gülşah Elibank oxucularla birlikdə bu səyahətlərdə fəal iştirakedəcək.

"Səyahəttəkcə dəniz, qum və günəşdən ibarət deyil. Səyahət həm də yaşana biləcək gözəlanlardır. "Çox oxuyan deyil, çox gəzən bilər” məsəlinə biz belə cavab veririkki, "çox oxuyan da, çox gəzən də uduzmaz”, – deyə maraqlı layihəni keçirənPrototour səyahət şirkətinin icraçı direktoru Əli Onaran bildirib.

İlkkitab turu avqustun 14-də Gülşah Elibankın "Yalançılar və sevgililər” romanıylabaşlayacaq. Romanın qəhrəmanı Drakula kimi tanınmış, Osmanlı səltənətində əsirolmuş rumın şahzadəsi Vlad Tepeşın izi ilə Rumıniyanın Bukreş, Braşıv, Bran vəSinia şəhərlərinə səfər ediləcək. Oxucu səyyahlar tarixin izini qoruyan buşəhərlərin küçələrində unudulmaz anlar yaşayacaqlar.

Dahasonra 22-25 sentyabrda Çexiyanın paytaxtına səfər olunacaq. Yazıçı YektaKopanın Frans Kafka ilə bağlı ərsəyə gətirdiyi əsərində Praqanın küçələri "ələk-vələk”olunacaq. Kafkanın həm sevib, həm nifrət etdiyi bu şəhərdə yazıçının xatirələrinəbir daha nəzər salınacaq.

AyşəKulinin "Sevdalinka” əsərinin səyahəti isə Bosniyaya istiqamət alacaq. Oxucularmüəlliflə birlikdə oktyabrın 6-10-da yaxın hərb tarixini, onun fəsadlarını birdaha gözdən keçirəcəklər.

Noyabrdaisə Tuna Kirəmitçi "Selanikdə son bahar” kitabının izi ilə oxucularınıYunanıstana aparacaq. Atatürkün duyğusal xatirələri Selanik şəhərində yenidəncanlanacaq.