Türkiyədə koronavirusdan sağalanların sayı 179 min nəfəri ötüb
Türkiyədə son 24 saat ərzində daha 20 nəfər yeni növ koronavirusdan (COVİD-19) dünyasını dəyişib.
Adalet.az-ın məlumatına görə, bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca bildirib.
Nazir bildirib ki, koronavirusdan ölənlərin ümumi sayı 5 206 nəfərə çatıb.
Onun sözlərinə görə, ölkədə 1 154 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 204 610 nəfərə çatıb.
Nazir əlavə edib ki, ölkədə koronavirusdan sağalanların ümumi sayı son sutkada 1 214 nəfər olmaqla 179 492 nəfər təşkil edir.
Digər Xəbərlər
27 Aprel 2024 17:15