Türkiyədə koronavirusdan ölənlərin sayı 2,9 min nəfərə çatıb
Türkiyədə son 24 saat ərzində daha 95 nəfər yeni növ koronavirusdan (COVİD-19) dünyasını dəyişib.
Adalet.az-ın məlumatına görə, bu barədə öz "Twitter" səhifəsində Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca bildirib.
Nazir bildirib ki, koronavirusdan ölənlərin ümumi sayı 2 900 nəfərə çatıb.
Onun sözlərinə görə, ölkədə 2 131 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 112 261 nəfərə çatıb.
Nazir əlavə edib ki, ötən sutka ərzində 4 651 nəfər sağalıb, sağalanların ümumi sayı 33 791 nəfər təşkil edir.
Digər Xəbərlər
28 Aprel 2024 22:10
İraq eynicinsli münasibətlərə görə nəzərdə tutulan qanunu qəbul etdi
28 Aprel 2024 21:46Minə yaxın Tacikistan vətəndaşı Moskva hava limanlarında çətin vəziyyətdə qaldı
28 Aprel 2024 21:20Rusiyada itkin düşən uşağın meyiti öz evindəki paltaryuyan maşından tapıldı
28 Aprel 2024 20:57Tiflisdə müxalifət yenidən mitinq keçirir
28 Aprel 2024 20:44