adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
17 Sentyabr 2014 21:23
7977
DÜNYA

Türkiyədə kənd satılır

Türkiyə faciəvi tarixi olan "kabus-şəhər”i hərraca çıxarıb.

ANS PRESS-in məlumatına görə, Türkiyə yunan kəndi olan Levissinin (indikiKayako) bərpasında maraqlı olan sərmayədarlar axtarır. Bərpadan sonra kəndturizm məqsədilə də istifadə oluna bilər. Kayakoda artıq 100 ilə yaxındır ki,yüzlərlə ev və iki kilsə tamamilə boşdu.

Qonşu kəndlərə gələn turistlər buradan avto dayanacaq kimi istifadəedirlər. Kayakoe XVIII əsrdə ucaldılıb, 1856-cı ildə zəlzələ nəticəsindətamamilə dağılmışdı. Zəlzələdən sonra yenidən bərpa olunsa da, 1885-ci ildəyanğın, 1923-cü ildə zəlzələ nəticəsində yenə xarabalığa çevrilib.

Xatırladaq ki, keçən il də belə bir hərrac keçirilmişdi. Lakin uğursuzalındı. Oktyabrın 23-də keçiriləcək ikinci hərracda qalib gələn təşkilat buranı49 illik icarəyə götürəcək. Məhz həmin təşkilat da kəndin bərpasına, buradaturizm infrastrukturunun yaradılmasına məsul olacaq.

Hesablamalara görə, layihənin dəyəri 10,5 milyon avrodur. Artıq ikişirkət hərracla maraqlandığını bildirib. Lakin bəziləri bu kəndin bərpasınaqarşıdırlar. Onların firkincə, əgər bərpa olunsa, kənd öz orijinallığını vətəbiiiliyini itirəcək.