adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
11 Dekabr 2018 17:32
6449
HADİSƏ

Türkiyədə hücuma məruz qalan polis rəisi ölüb, 2 nəfər yaralanıb - YENİLƏNİB

Hücuma məruz qalan Türkiyənin Rize vilayətinin polis idarəsinin rəisi xəstəxanada ölüb, daha iki polis əməkdaşı yaralanıb.

XXX

Türkiyənin Rize vilayətinin polis idarəsinin rəisi Altuğ Verdi hücuma məruz qalıb.

Hücum nəticəsində A.Verdi xəstəxanaya yerləşdirilib.

Onun sağlamlıq vəziyyəti barədə məlumat verilməyib.

Qeyd olunur ki, hücumu polis idarəsinin əməkdaşlarından biri törədib. O, hadisədən dərhal sonra saxlanılıb.

Hazırda hadisə ilə bağlı araşdırma aparılır.