adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
17 Yanvar 2018 16:43
14951
DÜNYA

Türkiyədə hərbi təyyarə qəzaya uğradı - Ölənlər var

Türkiyənin İsparta əyalətinin Yalvaç rayonunda hərbi təlim təyyarəsi qəzaya uğrayıb.

Adalet.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə Yalvaç qəsəbəsinin Kırkbaş kəndi yaxınlığında baş verib.

CASA tipli "CN 235” hərbi təlim təyyarəsi havaya qalxdıqdan qısa müddət sonra yerə çırpılıb. Qəza nəticəsində təyyarənin göyərtəsində olan 3 hərbçi həlak olub.

Hazırda qəzanın səbəbi araşdırılır.