adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
12 May 2015 13:26
3139
DÜNYA

Türkiyədə əməliyyat - 25 nəfər saxlandı

Türkiyədə Ankara Şəhər Prokurorluğu qanunsuz dinləmələrlə əlaqədar 16 vilayətdə əməliyyat keçirib. Adalet.az-ın məlumatına görə, əməliyyat Ankara Şəhər Prokuroru Alparslan Karabayın göstərişi ilə, 2007-2011 illərə aid qanunsuz dinləmə iddiaları ilə əlaqədar Ankara, Şanlıurfa, Van, Qars, İğdır, Ərzurum da daxil olmaqla,16 vilayətdə eyni vaxtda həyata keçirilib.Əməliyyat nəticəsində haqqında həbs qərarı olan 34 nəfərdən 25-i nəzarət altına alınıb. Haqqında həbs qəti-imkan tədbiri görülən şəxslərdən 20-nin polis əməkdaşı olduğu bildirilir.