adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
31 Oktyabr 2014 15:47
3733
ƏDƏBİYYAT

Türkiyədə beynəlxalq kitab sərgisi keçiriləcək

Noyabrın8-16-da Türkiyədə beynəlxalq kitab sərgisi keçiriləcək. Adalet.az Türkiyə mətbuatınaistinadən xəbər verir ki, sərgi bu ölkənin Kültür Nazirliyi və Türkiyə Naşirlər Birliyi tərəfindənkeçirilir.

Türkiyəvə dünyadan 850 nəşriyyat təmsilçisinin qatıldığı sərgidə yeni kitablarnümayiş olunacaq, müzakirələr aparılacaq, toplantılar təşkil olunacaq. Sərgi öz işinə "Sinemamızın100  ili” adlı sənədli filmlə başlayacaq.

Festivalınfəxri qonağı yazıçı Atilla Dorsay olacaq. Festivalın fəxri qonaq ölkəsi isə budəfə Macarıstandır. Bunun üçün Macarıstana ayrılmış salonda bu ölkəninmədəniyyəti, mətbəxi, musiqisi təmsil olunacaq. Bundan başqa, müasir Macarədədbiyyatının yazarları PeterEsterhazi, Lazlo Darvas, Spira Giorgi, Mihali Hoppal, Timur Davletov vədigərləri də festivala qatılacaqlar.