adalet.az header logo
  • Bakı 23°C
  • USD 1.7
26 Yanvar 2015 13:38
2023
GÜNDƏM

Türkiyədə azərbaycanlı yaralı polisi xilas etdi

Azərbaycanlı Türkiyədə yaralı polisi xilas edib.

Adalet.az-ın Türkiyə mətbuatına istinadla verdiyi məlumata görə, İstanbulun Bahçelievlər səmtində narkotik aludəçisi olan şəxs silahı ilə ətrafa atəş açmağa başlayıb.

Bahçelievlerdə bir polisi yaralayan şəxs bir nəfəri də girov götürüb.

Hadisənin şahidi isə Naib adlı azərbaycanlı olub. "Cihan" agentliyinin məlumatına görə, Naib adını bilmədiyi şəxsin polisi girov götürdüyünü deyib: "O, polisin boynundan tutaraq onu içəriyə doğru apardı. İçəridən atəş səsləri gəldiyi üçün hamı dağılışdı. Polis yaralı halda yerə yıxıldı. Qışqırıq səsləri yayıldı, heç kim yardıma getmədi. Dəmirlərin altından sürünərək polisi təhlükəsiz yerə çıxardım. Bu anda düz başımın yanından güllə keçdi. Daha sonra polisi təcili yardım maşınının yanına gətirdim. Bu zaman iki fəhlə də mənə kömək etdi".

Polis həmkarlarını və başqa bir nəfəri yaralayan şəxsi yaxalamaq üçün əməliyyat keçirib. Saxlanılan şəxsin həqiqətən də narkotik maddə istifadəçisi olduğu bəlli olub.